26-cı titulunu qazanan Şvyöntekdən nifrətlə üzləşənlərə dəstək

26-cı titulunu qazanan Şvyöntekdən nifrətlə üzləşənlərə dəstək
14.08.2026 09:28 İdman

Polşalı tennisçi İqa Şvyöntek WTA-1000 seriyalı turnirlərdə daha bir rekorda imza atıb.

TodayPress TV xəbər verir ki, Şvyöntek bu kateqoriyaya daxil olan turnirlərin finallarında əvvəllər WTA-1000 yarışlarında çempion olmuş rəqiblər üzərində 9-cu qələbəsini qazanıb. 

Bununla da o, bu göstəricidə belaruslu Arina Sobolenkonu geridə qoyaraq rekordun yeganə sahibi olub. Sobolenkonun hesabında 8 belə qələbə var.

Məlumata görə, bu statistika WTA-1000 formatının tətbiq olunduğu 2009-cu ildən hesablanır.

Şvyöntek Toronto turnirinin finalında Qazaxıstanı təmsil edən Yelena Rıbakina ilə qarşılaşıb. Polşalı tennisçi rəqibinə 6:2, 6:3 hesabı ilə qalib gəlib.

Polşalı tennisçi İqa Şvyöntek Torontoda keçirilən turnirdə qazandığı qələbəni ədalətsiz tənqid və nifrətlə üzləşən insanlara həsr etdiyini bildirib:

“Bu titulu ədalətsiz tənqid və nifrətlə üzləşən hər kəsə həsr etmək istəyirəm. Sadəcə, irəliləməyə və inkişaf etməyə davam edin. Özünüzə fokuslanın. Sizin üçün nəyin daha yaxşı olduğunu bilirsiniz. Qarşıda sizi nələrin gözlədiyini və nələrə nail ola biləcəyinizi həmişə xatırlayın”.

Qeyd edək ki, bu titul Şvyöntekin karyerasında 26-cı olub. 

Namiq HUN

TodayPress TV 

NEWS FEED
14 AUGUST 2026
Uaytdan Həbib etirafı: “Karyerasını davam etdirsəydi, əfsanə olardı” 12:31 Türkiyə nüvə enerjisində yeni mərhələyə keçir: Ankara öz texnologiyasını yaratmaq istəyir 11:26 “Barselona” geri çəkilmir: Rodri üçün üçüncü təklif hazırlanır! 12:23 Latviyada naməlum PUA təşviş yaratdı: NATO hərəkətə keçdi 12:15 Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək 10:47 Hörmüz boğazında gərginlik: İki tankerə hücum edildi 11:16 Moskvanın bütün hava limanları bağlandı 11:54 Azərbaycan 1990-cı illərdə elə bir addım atdı ki... – Bu gün bir “boğaz”a möhtac deyilik 11:08 Pensiya alanlara xəbər: Bakı, Sumqayıt və Abşeronda... 11:42 Rusiyada iki böyük terminala hücum: Yaralılar var - GÖRÜNTÜLƏR 10:52 Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi 11:20 Tverdə dron qalıqları anbarın divarını dağıtdı: İşçilər təxliyə edildi 10:35 Ben Şelton Nadalın izi ilə: Kanada “Masters”ində tarixi uğur! 10:55 Yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA 10:32 Finlandiya uçuş qadağasını aradan qaldırdı 10:15 Tramp dron idxalına “stop” qoyur: 100 faizlik rüsum qüvvəyə minir 10:06 Azərbaycan nefti ucuzlaşdı 10:02 Avro bahalaşdı, rubl və lirə ucuzlaşdı – MƏZƏNNƏ 09:20 Boksçularımız Avropada gücünü göstərdi: ilk gündə 3 zəfər! 10:09 Onlarla PUA vuruldu, limanda yanğın çıxdı 09:54 Qasperinidən Fofana təkidi: “Roma” transfer üçün hərəkətə keçdi! 09:56 İran ABŞ və İsraili hədələdi: “Hüquqi məsuliyyət daşıyacaqlar” 09:53 Xəzərin sahilində dünya güləşçiləri bir araya gələcək! 09:48 Yaponiya Putinin Kuril səfərindən hiddətləndi: Rusiyaya qarşı yeni sanksiyalar gəlir 09:45 Fransa futbolu təhlükə qarşısında – iqlim dəyişiklikləri həyəcan yaradır 09:43 All News