2026-cı ildə Avropa antidopinq siyasətinin nəbzi Azərbaycanda döyünəcək

2026-cı ildə Avropa antidopinq siyasətinin nəbzi Azərbaycanda döyünəcək
27.08.2025 17:15 İdman

Azərbaycan Ümumdünya Antidopinq Agentliyinin (WADA) Avropa üzrə Regional Simpoziumuna ev sahibliyi edəcək. 

TodayPress TV xəbər verir ki, 2026-cı il martın 18-19-da Bakıda təşkil olunacaq tədbir WADA-nın illik ənənəvi simpoziumunu əvəzləyəcək və dörd qitədə keçiriləcək regional tədbirlərin bir hissəsi olacaq.

Bakı simpoziumu Avropa regionunun antidopinq qurumlarını, hökumət nümayəndələrini, beynəlxalq idman təşkilatlarını, idmançıları və onların təmsilçilərini bir araya gətirəcək. 

Tədbirin əsas məqsədi 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya  Antidopinq Məcəlləsi və Beynəlxalq Standartların tətbiqi ilə bağlı regional çağırışları müzakirə etməkdir.

Tədbirdə Ümumdünya Antidopinq Məcəlləsi və Standartlara edilən dəyişikliklər barədə yeniliklər, milli antidopinq təşkilatlarının üzərinə düşən öhdəliklər və maraqlı tərəflərin birgə əməkdaşlığı diqqət mərkəzində olacaq. Həmçinin real təcrübələr əsasında təqdimatlar, interaktiv sessiyalar, idmançılar və hökumət nümayəndələrinin iştirakı ilə fikir mübadiləsi aparılacaq. 

Qeyd edək ki, Ümumdünya  Antidopinq Məcəlləsinin tətbiqinə dəstək proqramı çərçivəsində keçiriləcək tədbir Avropa regionunda antidopinq fəaliyyətinin gələcək inkişafına əhəmiyyətli töhfə verəcək.

Namiq HUN

XƏBƏR LENTİ
17 IYUN 2026
Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr 22:17 İlon Mask yeni tarix yazdı: "SpaceX" "Amazon"u geridə qoydu 22:14 Dünyanın ən zəngin 500 adamının sərvəti bir gündə rekord həddə artdı 22:13 Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Bütün Xəbərlər