Xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Hərbi İnstitutda oldular

Xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Hərbi İnstitutda oldular
23.09.2025 17:56 Hərbi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşelərinin Heydər Əliyev adına Hərbi İnstituta tanışlıq səfəri təşkil edilib. 

TodayPress TV xəbər verir kİ, hərbi attaşelər əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hərbi təhsil ocağının ərazisində ucaldılan büstü önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə hörmət və ehtiram nümayiş etdiriblər.

Sonra hərbi institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə kompleksi ziyarət olunub. 

17 dövləti təmsil edən hərbi attaşelik aparatının nümayəndələri hərbi institutda şəxsi heyət üçün yaradılan şərait və tədris prosesi ilə tanış olublar.

Qonaqlara Heydər Əliyev adına Hərbi İnstitutun fəaliyyəti barədə brifinq təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb. 

Hərbi attaşelər, həmçinin hərbi təhsil ocağında yerləşən Heydər Əliyev Muzeyinə gələrək Ümummilli Liderin həyat və siyasi fəaliyyətini əks etdirən fotoguşə ilə tanış olub. Onlara Ulu Öndərin ordu quruculuğu sahəsində gördüyü işlər barədə məlumatlar verilib.

Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

TodayPress TV

FOTOLAR

Xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Hərbi İnstitutda oldular — 1
Xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Hərbi İnstitutda oldular — 2
Xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Hərbi İnstitutda oldular — 3
Xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Hərbi İnstitutda oldular — 4
Xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Hərbi İnstitutda oldular — 5
Xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Hərbi İnstitutda oldular — 6
Xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Hərbi İnstitutda oldular — 7
Xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Hərbi İnstitutda oldular — 8
XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər