Heydər Əliyev adına Hərbi İnstitutda qanvermə aksiyası keçirildi

Heydər Əliyev adına Hərbi İnstitutda qanvermə aksiyası keçirildi
13.03.2026 15:46 Hərbi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda könüllü qanvermə aksiyası təşkil olunub. 

TodayPress TV xəbər verir ki, tədbirdə hərbi institutun 100-ə yaxın kursantı, 30-a yaxın professor-müəllim və zabit heyəti iştirak edib.

Aksiya zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Respublika Qan Bankının tibb briqadası donorların sağlamlıqlarını yoxladıqdan sonra onlardan qan götürüb. 

Götürülən qan nümunələri müayinə edildikdən sonra sertifikatlaşdırılaraq irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunması üçün aidiyyəti üzrə təhvil veriləcək.

Qanvermə aksiyasının əsas məqsədi talassemiya və hemofiliya, leykoz və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının yaradılması, cəmiyyətdə və orduda könüllü və təmənnasız qan donorluğu ənənələrinin qorunub saxlanması, o cümlədən qan və qan komponentləri ehtiyatının davamlı şəkildə təmin olunmasıdır.

TodayPress TV

PHOTOS

Heydər Əliyev adına Hərbi İnstitutda qanvermə aksiyası keçirildi — 1
Heydər Əliyev adına Hərbi İnstitutda qanvermə aksiyası keçirildi — 2
Heydər Əliyev adına Hərbi İnstitutda qanvermə aksiyası keçirildi — 3
Heydər Əliyev adına Hərbi İnstitutda qanvermə aksiyası keçirildi — 4
NEWS FEED
15 JUNE 2026
ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 ABŞ və İranın ortaq tələbi cavabsız qaldı: İsrail geri addım atmır 21:26 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 All News