Azərbaycanın yeni nəsil hərbi mütəxəssisləri vəzifələrinə başladı

Azərbaycanın yeni nəsil hərbi mütəxəssisləri vəzifələrinə başladı
30.06.2026 17:28 Hərbi

Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin "Hərbi Feldşer İşi" ixtisası üzrə məzunlarının buraxılış mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

MMU-nun rəhbərliyi, zabit, müəllim, kursant heyəti və digər qonaqların iştirak etdiyi tədbirdə Bakı Hərbi Kollecinin Döyüş bayrağı sıra meydanına gətirilib.

Tədbirdə çıxış edən MMU-nun rektoru general-mayor Gündüz Əbdülov Müdafiə Nazirliyinin rəhbərliyi adından məzunları təbrik edib. Azərbaycan Ordusunun regionun ən qüdrətli və müasir ordusu olduğunu qeyd edən rektor bu güc və qüdrəti qoruyub saxlamağın və inkişaf etdirməyin ordu quruculuğunun prioritet məsələsi olduğunu bildirib.

General-mayor G.Əbdülov Vətən müharibəsində qazanılan qələbənin müstəqil fəaliyyət göstərə bilən kiçik bölmələrin çevikliyindən və komandir heyətinin peşəkarlığından asılı olduğunu vurğulayıb.

Bu səbəbdən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 14 dekabr 2023-cü il tarixli Fərmanına əsasən Bakı, Gəncə və Naxçıvan Muxtar Respublikasında hərbi kolleclərin təsis edilməsinin böyük məqsədlərə xidmət edən tarixi əhəmiyyətli strateji addım olduğu xüsusi qeyd olunub.

Məzunlar adından çıxış edən kurs birinciləri təhsil müddətində yaradılan şəraitə görə ölkə, Müdafiə Nazirliyi və MMU rəhbərliyinə, eləcə də müəllim heyətinə minnətdarlıqlarını ifadə ediblər.

Buraxılış mərasiminin proqramına uyğun olaraq məzunlara və pedaqoji fəaliyyətində yüksək nəticələr əldə etmiş müəllim heyətinə diplom, sertifikat və fəxri fərmanlar təqdim edilib.

Tədrisdə və intizamda fərqlənən məzunlar tərəfindən rəmzi yaş kötüklərinə xatirə lövhələri vurulub, Bakı Hərbi Kollecinin Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib.

Daha sonra hərbi orkestrin müşayiəti ilə kursantlar hərbi kollecin marşını ifa ediblər.

Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

TodayPress TV

PHOTOS

Azərbaycanın yeni nəsil hərbi mütəxəssisləri vəzifələrinə başladı — 1
Azərbaycanın yeni nəsil hərbi mütəxəssisləri vəzifələrinə başladı — 2
Azərbaycanın yeni nəsil hərbi mütəxəssisləri vəzifələrinə başladı — 3
Azərbaycanın yeni nəsil hərbi mütəxəssisləri vəzifələrinə başladı — 4
Azərbaycanın yeni nəsil hərbi mütəxəssisləri vəzifələrinə başladı — 5
Azərbaycanın yeni nəsil hərbi mütəxəssisləri vəzifələrinə başladı — 6
Azərbaycanın yeni nəsil hərbi mütəxəssisləri vəzifələrinə başladı — 7
Azərbaycanın yeni nəsil hərbi mütəxəssisləri vəzifələrinə başladı — 8
Azərbaycanın yeni nəsil hərbi mütəxəssisləri vəzifələrinə başladı — 9
NEWS FEED
16 AUGUST 2026
Ukraynanın keçmiş prezidenti Bakıya gəldi 15:50 Cəlilabad sakinlərinin DİQQƏTİNƏ! Sabah saat 10:00-dan… 15:37 Husilərə qarşı böyük hücum başladı: 24 saata 181 əməliyyat 15:28 Goranboyda yük maşını qəza törətdi: Yola 1 tona yaxın yanacaq töküldü 15:10 KTMT Ermənistanı sıxışdırır: “Qərar verin!” 14:50 Gənc əsgərlər Vətənə sədaqət andı içdi - VİDEO 14:09 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 14:04 Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib 13:57 Stolustü tennisçilər Türkiyədən 4 medalla qayıdırlar 13:53 Müdafiə Nazirliyindən general-mayorun ölümü ilə bağlı BAŞSAĞLIĞI 13:41 Abdullah Zubir “Qarabağ”dan ayrıldı 13:23 Həftənin ilk günü hava necə olacaq? 13:10 Şimali Koreya əsgərləri Cənubi Koreyaya keçdi - ATƏŞ AÇILDI 12:52 Sərhəd Qoşunlarının keçmiş komandanı vəfat etdi 12:36 Bakıda daş karxanasında faciə: 65 yaşlı kişi həyatını itirdi 12:15 Türkiyədə təriqət lideri saxlanıldı 11:57 İsraildən “Hizbullah”a ağır zərbə: Yüksək rütbəli komandir öldürüldü 11:45 Körfəz ölkələri ABŞ-dən üz döndərir: Gizli müzakirələr gedir 11:20 Bir nəfər kanalda batdı - Fövqəladə Hallar hərəkətə keçdi 11:04 Dnepropetrovskda ağır gecə: 20-dən çox hücum edildi 10:38 Avqustun ortasında hava dəyişdi: Leysan, şimşək… 10:21 73 illik düşmənçilik bitir - “Düşmən qardaşlar” barışır 10:00 İranda bir gündə nələr baş verdi? - DETALLAR 09:33 “Ford”un ağaca çırpılması faciə ilə bitdi - Sürücü hadisə yerində öldü 09:18 Moskvanın ən böyük logistika anbarı yanır - TƏCİLİ - VİDEO 09:04 All News