Azərbaycan xüsusi təyinatlıları İordaniyada təlimdə iştirak edir

Azərbaycan xüsusi təyinatlıları İordaniyada təlimdə iştirak edir
20.07.2026 14:59 Hərbi

Azərbaycan Ordusunun xüsusi təyinatlıları İordaniya Haşimilər Krallığında keçirilən Terrorla Mübarizə və Xüsusi Əməliyyatlar üzrə "Zülfüqar" adlı birgə hərbi təlimdə iştirak edir.

TodayPress TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi əməkdaşlıq və təlim proqramları çərçivəsində keçirilən təlimdə Azərbaycanla yanaşı İordaniya Silahlı Qüvvələri - Ərəb ordusu Kral Abdullah II Xüsusi Təyinatlı Qüvvələri Komandanlığının şəxsi heyəti, eləcə də Türkiyə və Pakistanın xüsusi təyinatlıları iştirak edir.

Pilotsuz uçuş aparatları (PUA), müasir hərbi texnika və sistemlərdən istifadə edilməsi nəzərdə tutulan birgə təlimlərin ssenarisinə müxtəlif əməliyyat şəraitini simulyasiya edən bir sıra taktiki fəaliyyətlər daxildir.

İştirakçılar yaşayış məntəqələrində döyüş, girovların xilas edilməsi və antiterror əməliyyatları üzrə tapşırıqları icra edəcək, həmçinin müxtəlif çaplı silahlardan istifadə etməklə praktiki atışları yerinə yetirəcəklər.

Təlimin məqsədi bölmələrin əməliyyat imkanlarının artırılması, xüsusi təyinatlıların döyüş qabiliyyətinin inkişaf etdirilməsi, iştirakçı qüvvələr arasında birgə fəaliyyətlər zamanı koordinasiyanın gücləndirilməsi, eləcə də xüsusi əməliyyatlar sahəsində təcrübə mübadiləsinin təmin edilməsidir.

TodayPress TV

PHOTOS

Azərbaycan xüsusi təyinatlıları İordaniyada təlimdə iştirak edir — 1
NEWS FEED
21 JULY 2026
Prezident və Fridrix Merts mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 15:55 İlham Əliyev Almaniyada xatirə kitabına nə yazdı? - FOTO 21:06 Çempionlar Liqası: "Sabah" - "KuPS" oyununda İLK QOL - YENİLƏNDİ 20:02 Prezident ilə Fridrix Mertsin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 15:47 Ukrayna Qərb silahlarını artıq özü istehsal edəcək 20:50 Gəncə və Samuxda baş verən kütləvi zəhərlənmələrin səbəbi bu imiş 20:39 Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı klinikadan açıqlama 20:28 “Kanada bizsiz yaşaya bilməz” - Tramp 20:14 “İran üçün hər cür imkan yaradıldı” - Heqset 19:58 Ağ Evdə kritik görüş: Tramp Livanlı həmkarı ilə 19:46 İlham Əliyev Almaniyadan yeni görüntülər paylaşdı - VİDEO 19:36 Minlərlə insan sudan zəhərləndi, rəhbərlər həbs olundu 19:30 Ermənilər Azərbaycana güləşməyə gəlir 19:22 Sürücülərin NƏZƏRİNƏ! Bu yol bağlanacaq 19:10 Paytaxtda yanğın başlayıb - Əraziyə çoxsaylı yanğınsöndürənlər göndərildi 18:56 Lukaşenko pis işləyən məmurları Ukrayna sərhədinə “ezamiyyət”ə yollayacaq 18:51 İlham Əliyev Bakıda baş verdiyi iddia edilən gizli görüşdən danışdı 18:35 Zelenski TƏCİLİ müşavirə keçirdi - Rusiya yeni istiqamətdən hücuma hazırlaşır 18:26 İran Küveytə zərbələr endirir - TƏCİLİ - VİDEO 18:14 Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi? 18:06 Başçısız qalan icra hakimiyyətləri - SİYAHI 17:46 Almaniya Qarabağda mina təmizləyəcək 17:38 Paşinyan nə qədər və hara qədər qaça biləcək? - AÇIQLAMA 17:11 İki dövlət məsləhətləşmələr aparacaq 17:35 Kəndimizdə məhsul yerlə birdir, meyvə qurusunu isə xaricdən daşıyırıq... 17:10 All News