Azərbaycan və Özbəkistan ali hərbi məktəbləri arasında memorandum imzalandı

Azərbaycan və Özbəkistan ali hərbi məktəbləri arasında memorandum imzalandı
17.10.2025 11:55 Hərbi

Özbəkistanın Səmərqənd vilayətində təşkil olunan “Birlik-2025” birgə regional təlimi çərçivəsində dəyirmi masa və “Əməkdaşlıq memorandumu”nun imzalanmasına həsr olunmuş tədbir keçirilib.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Azərbaycan Milli Müdafiə Universitetinin rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənovun və Özbəkistan Milli Təhlükəsizlik və Müdafiə Universiteti rəisinin müavini – Hərbi Elmi Tədqiqat İnstitutunun rəisi polkovnik Akmoljon Qodirovun rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.

Keçirilən dəyirmi masa zamanı ölkələr arasında hərbi təhsil və elmi fəaliyyət sahələrində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və gələcək perspektivlər müzakirə olunub. Regionda sülhün və təhlükəsizliyin təmin olunmasında elmi biliklərin və müasir hərbi təhsilin rolu, bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan nümayəndə heyəti Milli Müdafiə Universitetində tətbiq olunan təhsil sistemi və aparılan islahatlar barədə ətraflı məlumat verib, həmçinin brifinq təqdim olunub.

Təlim çərçivəsində Azərbaycan Milli Müdafiə Universiteti və Özbəkistan Hərbi Təhlükəsizlik və Müdafiə Universiteti arasında “Əməkdaşlıq memorandumu” imzalanıb.

TodayPress TV

FOTOLAR

Azərbaycan və Özbəkistan ali hərbi məktəbləri arasında memorandum imzalandı — 1
Azərbaycan və Özbəkistan ali hərbi məktəbləri arasında memorandum imzalandı — 2
Azərbaycan və Özbəkistan ali hərbi məktəbləri arasında memorandum imzalandı — 3
Azərbaycan və Özbəkistan ali hərbi məktəbləri arasında memorandum imzalandı — 4
XƏBƏR LENTİ
01 AVQUST 2026
Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 Bütün Xəbərlər