Azərbaycan və Macarıstanın hərbi tibb sahəsində əməkdaşlığı müzakirə olundu

Azərbaycan və Macarıstanın hərbi tibb sahəsində əməkdaşlığı müzakirə olundu
03.12.2025 18:29 Hərbi

Azərbaycan Müdafiə Nazirliyi ilə Macarıstan Müdafiə Qüvvələri arasında 2025-ci il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin hərbi tibb sahəsi üzrə mütəxəssisləri arasında görüş keçirilib.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin Tibb İdarəsində keçirilən görüşdə qonaqlara Azərbaycan Ordusunda tibb xidmətinin təşkili, hərbi tibb sahəsində aparılan uğurlu islahatlar, tətbiq olunan yeni praktik müalicə yanaşmaları, xidmətdə və ehtiyatda olan hərbi qulluqçulara və onların ailə üzvlərinə göstərilən tibb xidmətləri barədə brifinq təqdim olunub. Baş Klinik Hospitalda hərbçilərin müayinə və müalicəsi üçün bütün növ şəraitin yaradılması, yüksək peşəkarlığa malik tibbi personalın həvəslə fəaliyyət göstərməsi xüsusi vurğulanıb.

Daha sonra tərəflər arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan və Macarıstan arasında hərbi tibb sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi, təcrübə mübadiləsi və peşəkar hazırlığın artırılması istiqamətində işçi görüşlərin davam etdiriləcəyi qeyd olunub.

Görüşdən sonra Macarıstan nümayəndə heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını və digər hərbi tibb müəssisələrini ziyarət edib, yaradılan şəraitlə yaxından tanış olublar.

NEWS FEED
01 AUGUST 2026
Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 All News