Azərbaycan–NATO əlaqələrinin inkişaf istiqamətləri müzakirə olundu

Azərbaycan–NATO əlaqələrinin inkişaf istiqamətləri müzakirə olundu
09.12.2025 12:41 Hərbi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov "16-cı NATO günləri" çərçivəsində ölkəmizdə səfərdə olan Alyansın Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığının (SHAPE) Qərargah rəisinin müavini - Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Yusuf Karagüllenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müdafiə naziri Azərbaycan ilə NATO arasında xüsusi əhəmiyyət daşıyan əlaqələrin hər iki tərəf üçün peşəkar hərbi kadrların inkişafına müsbət töhfə verdiyini bildirib.

General-polkovnik Z.Həsənov NATO-nun dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında rolunu yüksək qiymətləndirib, ölkəmizin Alyansla qarşılıqlı əməkdaşlığa daim önəm verdiyini, həmçinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Ortaq Qüvvələr Birliyinə əlavə qüvvələrin bəyan edildiyini diqqətə çatdırıb.

Kontr-admiral Y.Karagülle Azərbaycan–NATO əlaqələrinin daha da genişləndirilməsini, həmçinin ölkəmizin Alyansın həyata keçirdiyi təhlükəsizlik və sabitliyin təşviqi, böhrana cavab əməliyyatlarında iştirakını yüksək qiymətləndirib və qarşılıqlı səfərlərin, müxtəlif formatlarda keçirilən görüşlərin səmərəli olduğunu xüsusi vurğulayıb.

Bu günədək Azərbaycan Ordusunun NATO qərargahlarında Tərəfdaşlığın Qərargah Elementi Konsepsiyası çərçivəsində xidmət edən 40-dan çox zabitinin peşəkarlığı yüksək qiymətləndirilib.

Görüşdə ölkəmizlə Alyans arasında hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə olunub.

"Sülh Naminə Tərəfdaşlıq" (SNT) Proqramı çərçivəsində Azərbaycan Ordusunun 250-dək nümayəndəsinin xarici ölkələrdə keçirilən 146 beynəlxalq tədbirdə, 395 nəfərin isə ölkəmizdə təşkil edilən 33 NATO tədbirində iştirak etdiyi bildirilib.

Qeyd edək ki, dekabrın 12-dək keçiriləcək "16-cı NATO günləri" çərçivəsində qonaqlar bir neçə hərbi hissəni və Mili Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrini ziyarət edəcəklər.

TodayPress TV

PHOTOS

Azərbaycan–NATO əlaqələrinin inkişaf istiqamətləri müzakirə olundu — 1
NEWS FEED
01 AUGUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 All News