Qazaxda “Zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə I konfrans” keçirildi

Qazaxda “Zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə I konfrans” keçirildi
15.11.2025 16:10

TƏBİB-in təşkilatçılığı ilə Qazax Müəllimlər Seminariyasında “Qlobal Cərrahiyyə 2030” konsepsiyası çərçivəsində “Zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə I Konfrans” keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, TƏBİB rəhbərliyi, müxtəlif regionlardan tibb müəssisələrinin nümayəndələri, cərrahlar və anestezioloqlar iştirak ediblər.

Açılış nitqində Vüqar Qurbanov qlobal səviyyədə cərrahiyyə xidmətlərinin əlçatanlığı ilə bağlı mövcud problemlərdən danışıb. O bildirib ki, dünyada 5 milyarddan çox insan zəruri cərrahiyyə və anesteziyaya çıxışdan məhrumdur, hər il milyonlarla insan cərrahi müdaxilələr səbəbi ilə katastrofik xərc yükü ilə üzləşir. İcraçı direktor ölkədə icbari tibbi sığorta çərçivəsində təmin edilən 775 xidmətin 469-nun cərrahi əməliyyatlar olduğunu qeyd edib və 2030-cu ilə qədər regionlarda yüksək səviyyəli cərrahi və anesteziyoloji xidmətlərin genişləndirilməsinin hədəf olduğunu vurğulayıb.

Ardınca çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin birinci müavini Məmməd Alıyev rayonun səhiyyə sahəsində aparılan yeniliklərdən danışıb və tədbirin əhəmiyyətini qeyd edib.

Konfrans çərçivəsində TƏBİB-in İcraçı direktorunun müşavirləri Vüqar Yaqublu və Emil Qasımov müvafiq olaraq “Zəruri cərrahiyyə və anesteziya xidmətləri üzrə yol xəritəsi”, onun hədəfləri və indikatorları haqqında təqdimatlarla çıxış ediblər. Bildirilib ki, beynəlxalq standartlara uyğun indikatorların müəyyən edilməsi və bu hədəflərə çatılması ölkədə cərrahi xidmətlərin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayacaq.

Tibb mütəxəssislərinin çıxışlarında regionlarda cərrahi ağırlaşmaların idarə olunması, minimal invaziv cərrahiyyənin inkişafı, resursların səmərəli istifadəsi, təhlükəsiz cərrahiyyə üzrə beynəlxalq təcrübə, “Xəsər kontrolu” prinsipləri və ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasında mentor həkimlərin rolu kimi mövzular müzakirə olunub.

Konfransın sonunda “Zəruri Cərrahiyyə və Anesteziya Xidmətlərinin Təşkili üzrə Elmi-Praktik Məsləhət Şurası”nın yaradılması barədə qərar qəbul edilib. Şuranın ildə bir dəfə keçiriləcək növbəti konfranslarda tam tərkibdə toplanacağı bildirilib.

Sonda iştirakçılar Qazax Müəllimlər Seminariyasının tarixi binası ilə tanış olublar.

Qeyd edilib ki, bu konfransların hər il ölkənin müxtəlif regionlarında keçirilməsi planlaşdırılır.

TodayPress TV

NEWS FEED
20 AUGUST 2026
UKMTO issues urgent alert: Tanker seized off Yemen coast 15:40 Where are the billions allocated to Ukraine? Former Mossad officer given special task 15:31 Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub 15:20 İstanbulda tramvay relsdən çıxdı 14:53 Galatasaray make move for Batrakov – €25 million transfer 14:34 Tajikistan turns to Iran amid fuel shortages in Russia 14:21 Iran warns US: “This time, we will use more powerful weapons” 13:53 North Korea fires 10 ballistic missiles into the Sea of Japan 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Three supermassive black holes found in a distant galaxy—and they may collide 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azerbaijan expresses condolences to CAR over deaths of miners 11:58 Trump’s secret plan revealed: How are 10 million barrels of oil transported every night? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 All News