Şəhid məzarlarından oğurluq edən şəxslər saxlanıldılar

Şəhid məzarlarından oğurluq edən şəxslər saxlanıldılar
20.11.2025 20:25 Hadisə
Bakının Sabunçu rayonunda şəhid məzarlarından oğurluq edən şəxslər saxlanılıblar.

TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ötən gün paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda şəhid Səyavuş Kəlbalıyev və Fəxri Məmmədovun məzarları üzərində olan şəxsi əşyalarının oğurlanması barədə polisə müraciət daxil olub.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı Kənan Əsədli və 16 yaşlı Vüqar Quliyev saxlanılıblar.

Onların məzarların üzərindən oğurladıqları gitara, hərbi çəkmə və hərbi dəbilqə polis əməkdaşları tərəfindən aşkar olunaraq şəhid ailələlərinə qaytarılıb.

Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsində araşdırma aparılır.

NEWS FEED
16 JUNE 2026
ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Milli Məclisin növbəti iclasının gündəliyinə 14 məsələ daxil edildi 17:33 DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü 16:37 Sürücünü radarlar arasında da izləyən qurğu Azərbaycana gətirilir - İDDİA 16:25 Prezident Niderlandın Baş naziri ilə telefon danışığı apardı 16:13 Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq 16:07 Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 All News