Səbaildə 12 kiloqram narkotik vasitə aşkarlandı

Səbaildə 12 kiloqram narkotik vasitə aşkarlandı
23.06.2025 17:18 Hadisə

Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı 32 yaşlı Ülvi Rüstəmli narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən 4 kiloqram marixuana, heroin, tiryək və 100 ədəd güclü təsiredici xassəyə malik tramadol həbi aşkarlanıb.

TodayPress TV xəbər verir ki, idarənin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyatla 29 yaşlı Təbriz Ağayev də saxlanılıb.

Ondan 8 kiloqram marixuana aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Saxlanılan hər iki şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduqları şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşlarından aldıqlarını və maddi qazanc müqabilində əvvəlcədən təyin olunmuş yerlərdən götürüb ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktlarla bağlı araşdırma aparılır.

FOTOLAR

Səbaildə 12 kiloqram narkotik vasitə aşkarlandı — 1
XƏBƏR LENTİ
15 IYUN 2026
Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Bütün Xəbərlər