Ötən il bank kartlarından 22 milyon manat kiber üsulla oğurlanıb

Ötən il bank kartlarından 22 milyon manat kiber üsulla oğurlanıb
21.05.2025 16:51 Hadisə

2024-cü il ərzində vətəndaşlara qarşı törədilən kart fırıldaqçılığı nəticəsində 22 milyon manatdan çox zərər dəyib, 2025-ci ilin ilk 4 ayı ərzində isə bu rəqəm 6 milyon manatı keçib. 

TodayPress TV xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnformasiya və Kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov Naxçıvanda keçirilən "Kiber Suverenlik" konfransında deyib. 

Məlumata görə, hər bir fakt üzrə təhlillər və araşdırmalar göstərir ki, kiber cinayətlər bank kartı sahiblərinin şəxsi məlumatlarının müxtəlif üsul və vasitələrlə ələ keçirilməsi nəticəsində baş verib. 

O qeyd edib ki, kiberməkan ciddi real iqtisadi təhlükə mənbəyidir, hər kəs ictimai mövqeyindən asılı olmayaraq diqqətli olmalıdır. 

DİN tərəfindən gündəlik olaraq aparılan profilaktik maarifləndirmə işi göstərir ki, əvvəllki illərdən fərqli olaraq vətəndaşın kiber savadlılığının artırılması fayda verir. Maariflənmə, əməliyyat-axtarış, əməliyyat-texniki, istintaq tədbirləri tərəfimizdən fasiləsiz davam etdirilir. 

Bununla yanaşı, həmçinin beynəlxalq əməkdaşlıq əlaqələri genişlənir, kiber təhdid riskləri üzrə fəaliyyət diqqətdə saxlanılır.

Fəaliyyətə uyğun olaraq INTERPOL, EUROPOL və digər beynəlxalq qurumlarla birgə əməkdaşlıq çərçivəsində məlumat mübadiləsi aparılmaqla birgə əməliyyatlar həyata keçirilir.

Bu, xüsusilə transsərhəd kibercinayətkarlıqla mübarizədə olduqca vacibdir.

(APA)

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazandı - YENİLƏNDİ 15:10 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bütün Xəbərlər