Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi?

Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi?
21.07.2026 18:08 Hadisə

Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

TodayPress TV xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Əvvəlcə məhkəmə iclasına sədrlik edən hakim Elmar Rəhimov müdafiə tərəfinin təqsirləndirilən şəxslərlə konfidensial görüş keçirilməsi barədə vəsatətinə məhkəmə kollegiyası tərəfindən baxıldığını və bu məsələnin həll edildiyini diqqətə çatdırıb.

Daha sonra qeyd olunub ki, müdafiə tərəfi və zərərçəkmiş şəxslərin nümayəndələri artıq məhkəmə çıxışlarını ediblər. Mövcud prosessual ardıcıllığa uyğun olaraq dövlət ittihamının müdafiəsi məqsədilə çıxış etmək üçün söz dövlət ittihamçısına verilir.

Prosesin prosessual ardıcıllığına uyğun olaraq dövlət ittihamının müdafiəsi ilə çıxış edən dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova birinci instansiya məhkəməsində aparılmış məhkəmə istintaqının nəticələrini və iş üzrə toplanmış sübutları ətraflı təhlil ediblər.

Dövlət ittihamını müdafiə edən prokurorlar qeyd ediblər ki, birinci instansiya məhkəməsində cinayət işi üzrə bütün sübutlar hərtərəfli, tam və obyektiv qaydada araşdırılıb. İş materiallarında əksini tapan hallar zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, maddi sübutlar, sənədlər, hadisə yerinə baxış protokolları, eləcə də cinayət işi üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapıb.

Əlavə edilib ki, məhkəmə istintaqı zamanı təqdim edilmiş sübutların məcmusu təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamların əsaslı olduğunu təsdiq edir və birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin cinayət işi üzrə araşdırılmış sübutlarla uzlaşdığını göstərir.

Məhkəmənin növbəti iclası iyulun 24-də keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

PHOTOS

Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi? — 1
Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi? — 2
Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi? — 3
Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi? — 4
Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi? — 5
Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi? — 6
Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi? — 7
Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi? — 8
Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi? — 9
Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi? — 10
Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi? — 11
Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi? — 12
Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi? — 13
Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi? — 14
Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi? — 15
Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi? — 16
Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi? — 17
NEWS FEED
21 JULY 2026
Zelenski Ukrayna Silahlı Qüvvələrinə yeni baş komandan təyin etdi 23:45 “Heç kimin təsəvvür edə bilməyəcəyi qədər zəiflədilər” - Tramp 23:33 Ukrayna ordusunda nə baş verir? - Sırski vəzifədən getdi 23:14 Fransada uşaqlara “komendant saatı” tətbiq ediləcək 22:55 TƏCİLİ: ABŞ bombardmançı təyyarələri havaya qalxdı 22:51 Zelenski Fedorovla görüşdü - Rəsmi Kiyev detalları açıqlamır 22:33 “İndi geri çəkilsək, İran 25 ilə…” - Tramp 21:45 Çempionlar Liqası: "Sabah" "KuPS"a qalib gəldi - YENİLƏNDİ 20:02 Prezident və Fridrix Merts mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 15:55 Həyəcan siqnalı: ABŞ bazası tam döyüş hazırlığına gətirildi - VİDEO 21:57 İranın Bəhreynə dron hücumları davam edir - VİDEO 21:52 Kəlbəcərdə partlayışda yaralanan şəxslə bağlı yeni məlumat 14:53 İsrail geri çəkiləcək, Suriya hərəkətə keçəcək - Trampdan YENİ PLAN 21:33 Zelenskinin “həlledici” görüşlərində nə qərarlar verildi? 21:21 Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya 21:15 İlham Əliyev Almaniyada xatirə kitabına nə yazdı? - FOTO 21:06 Prezident ilə Fridrix Mertsin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 15:47 Ukrayna Qərb silahlarını artıq özü istehsal edəcək 20:50 Gəncə və Samuxda baş verən kütləvi zəhərlənmələrin səbəbi bu imiş 20:39 Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı klinikadan açıqlama 20:28 “Kanada bizsiz yaşaya bilməz” - Tramp 20:14 “İran üçün hər cür imkan yaradıldı” - Heqset 19:58 Ağ Evdə kritik görüş: Tramp Livanlı həmkarı ilə 19:46 İlham Əliyev Almaniyadan yeni görüntülər paylaşdı - VİDEO 19:36 Minlərlə insan sudan zəhərləndi, rəhbərlər həbs olundu 19:30 All News