Müğənni Dəniz Əsədovanın məhkəməsi başlayır

Müğənni Dəniz Əsədovanın məhkəməsi başlayır
08.12.2025 17:36 Hadisə

Həbsdə olan müğənni Dəniz Əsədovanın məhkəməsi başlayır.

TodayPress TV xəbər verir ki, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müğənni Dəniz Əsədova barəsində başlanan cinayət işinin istintaqı tamamlanıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Müğənni barəsində məhkəmə yaxın günlərdə icraata verilib.

Qeyd edək ki, Dəniz Əsədova barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə), 32.311.3.3-cü ( təkrar, külli miqdarda rüşvət almağa təhrik etmə), 32.312.3.3 (rüşvət verməyə təhrik etmə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri yeni ittiham verilib.

Müğənni vətəndaşlardan pul alaraq saxta əlillik sənədi düzəltməkdə ittiham olunur.

Belə ki, o, Sabunçu rayonu 21 saylı Birləşmiş şəhər Xəstəxanasının keçmiş baş həkimi və hazırda cinayət işi məhkəmə araşdırmasında Rauf İsfəndiyarovun əlbir olaraq 136 nəfərin saxta əlillik almasına köməklik edib.

İş üzrə dövlətə 1,6 milyon manat ziyan vurulub.

Qeyd edək ki, Dəniz Əsədova bundan əvvəl dələduzluqda və bir neçə nəfərə qarşı təhqir və böhtan səbəbindən xüsusi ittiham qaydasına məhkum edilib.

O, vəkil Asim Abbasovu təhqir və böhtan atdığı səbəbindən Binəqədi rayon Məhkəməsinin hökmü ilə 7 ay azadlıqdan məhrum edilib. Daha sonra başqa bir şəxsi də təhqir etməsi və böhtan atması səbəbindən onun cəzası artırılıb.

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 All News