Lənkəranda meşədən iki nəfərin meyiti tapıldı
Lənkəranda bir neçə gündür ailə üzvləri tərəfindən axtarılan iki nəfərin meyiti tapılıb.
TodayPress TV xəbər verir ki, Teleqraf-ın məlumatına görə, hadisə rayonun Havzava kəndi ərazisində baş verib.
1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın meyitləri rayon ərazisində “İbadi” adlandırılan meşəlik sahədə aşkarlanıb.
Məlumata görə, hər iki şəxs bir neçə gün idi ki, ailə üzvləri tərəfindən axtarılırdı. Onların yaxın qohum olduqları bildirilir. Meyitlərin meşəlik ərazidə tapılması hadisənin təfərrüatları ilə bağlı bir sıra suallar yaradıb.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Ölüm səbəbləri məhkəmə-tibbi ekspertizasının nəticələrindən sonra müəyyənləşdiriləcək.
Faktla bağlı araşdırmalar davam etdirilir.