İmişlidə qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanaları aşkar olundu

İmişlidə qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanaları aşkar olundu
14.07.2025 17:16 Hadisə

İmişlidə qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanaları aşkar olunub.

TodayPress TV xəbər verir ki, bu sahədə nəzarətin gücləndirilməsi məqsədilə tərkibində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, İmişli Rayon Polis Şöbəsi, bələdiyyə sədrləri və aidiyyəti üzrə nümayəndəliklərin təmsilçilərinin daxil olduğu Komissiya yaradılıb.

Komissiya tərəfindən aparılmış monitorinqlər zamanı İmişli rayonu ərazisində torpaq qanunvericiliyinin və yerin təkindən istifadə qaydalarının pozulması faktları aşkar edilib, o cümlədən qum-çınqıl hasilatının müvafiq icazə sənədləri olmadan həyata keçirildiyi müəyyən olunub. Nəticədə Komissiyanın keçirdiyi monitorinqlər zamanı qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanalarının hər biri ilə bağlı qanunauyğun hüquqi tədbirlər görülməsi məqsədilə aktlar tərtib edilərək aidiyyəti üzrə İmişli Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq orqanlara məktublar göndərilib.

Qeyd edək ki, aparılmış monitorinqlər zamanı qeydə alınmış foto materiallar qanunsuz fəaliyyətin miqyasını və ətraf mühitə vurulan ziyanın ciddiliyini əyani şəkildə əks etdirir. Hazırda monitorinqlər nəticəsində qanunsuz fəaliyyəti aşkar edilmiş qum-çınqıl karxanalarının texnika və avadanlıqları, İmişli Rayon İcra Hakimiyyəti və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə ərazidən çıxarılaraq fəaliyyətləri dayandırılır.

FOTOLAR

İmişlidə qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanaları aşkar olundu — 1
İmişlidə qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanaları aşkar olundu — 2
İmişlidə qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanaları aşkar olundu — 3
XƏBƏR LENTİ
01 AVQUST 2026
Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 Bütün Xəbərlər