DİN vətəndaşları saxta paylaşımlara inanmamağa çağırdı

DİN vətəndaşları saxta paylaşımlara inanmamağa çağırdı
22.12.2025 12:01 Hadisə

"Sosial şəbəkədə hər hansısa bir şəxsin hesabına daxil olmaq, səhifələri gizli şəkildə izləmək, müasir proqramlar vasitəsilə mobil telefonlara giriş əldə etmək, vətəndaşların kiminlə danışdığını və ya yazışdığını öyrənmək" adı altında çoxsaylı paylaşımlara rast gəlinir.

Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"İnternet seqmentində, xüsusilə də sosial şəbəkələrdə rast gəlinən bu cür saxta reklamlar və şirnikləndirici təkliflərə birmənalı şəkildə inanmamalıyıq, yalandır. Ödəniş qarşılığında saxta xidmətlər təklif edən səhifələr və həmin səhifələri idarə edən dələduzların məqsədi şəxsi və bank kartı məlumatlarını ələ keçirmək və son nəticədə vətəndaşların pul vəsaitini talamaqdır.

Bir daha vətəndaşlara təhlükəsizlik qaydalarına riayət etməyi və heç bir halda cəlbedici vədlərə aldanıb onlayn qaydada ödəniş etməməyi tövsiyə edirik. Şübhəli hallarla qarşılaşdıqda isə dərhal polis orqanlarına və nazirliyin sosial şəbəkələrdəki səhifələrinə müraciət edərək özünüzü təhlükələrdən qoruya bilərsiniz!", - nazirlikdən bildirilib.

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 All News