Dələduzluqda təqsirləndirilən keçmiş vəkil HƏBS OLUNDU

Dələduzluqda təqsirləndirilən keçmiş vəkil HƏBS OLUNDU
26.01.2026 11:52 Hadisə

Bakıda külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə təqsirlənsirilən keçmiş vəkil İbrahim Hüseynovun cinayət işi üzrə məhkəmə keçirilib.

TodayPress TV xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ.Hüseynov 1 il 6 ay müddətinə vəkillik fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

İttihama görə, İbrahim Hüseynov “Güvən” Vəkil Bürosunun vəkili vəzifəsində çalışarkən öz səlahiyyətlərindən istifadə edərək zərərçəkmiş şəxsi aldadıb, onun qeyri-rəsmi nikahda olduğu şəxsin həbsdən azad ediləcəyi və ev dustaqlığına buraxılacağı vədi ilə ümumilikdə 44 min manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.

Ona Cinayət Məcəlləsinin 178.2.3-cü (Dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.

Təqsiləndirilən şəxs 44 min manatın 20 min manatını geri qaytarıb. O, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə üzvlükdən xaric edilib.

TodayPress TV


PHOTOS

Dələduzluqda təqsirləndirilən keçmiş vəkil HƏBS OLUNDU — 1
NEWS FEED
01 AUGUST 2026
Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 All News