Ali Məhkəmə: Mənəvi zərərin ödənilməsi tələbini vərəsələr davam etdirə bilər

Ali Məhkəmə: Mənəvi zərərin ödənilməsi tələbini vərəsələr davam etdirə bilər
29.08.2025 13:01 Hadisə

Ali Məhkəmənin Mülki kollegiyası mənəvi zərərin ödənilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

TodayPress TV xəbər verir ki, iş üzrə iddiaçı həm maddi, həm də mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib.

Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək cavabdehdən mənəvi təzminat və vəkil xərclərinin ödənilməsi barədə qərar verib. Lakin iddiaçı məhkəmə qətnaməsi qəbul edildikdən sonra vəfat edib. 

Bu halda əsas hüquqi məsələ iddiaçının vəfat etməsinin mənəvi zərərin ödənilməsi tələbinə təsiri ilə bağlıdır. 

Ali Məhkəmənin mövqeyinə görə, iddiaçı qətnamə qəbul edilənə qədər vəfat edərsə, iş üzrə icraata xitam verilə bilər. Lakin qətnamə qəbul edildikdən sonra iddiaçının ölümü işin icraatına maneə yaratmır və mənəvi zərərin ödənilməsi tələbi vərəsələr tərəfindən davam etdirilə bilər.

Mənəvi zərərin özü şəxsin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranan zərərdir və ilkin mərhələdə şəxsi hüquq kimi qəbul edilir. Lakin bu tələb hüquqi prosedur əsasında irəli sürüldükdən sonra, yəni iddiaçının məhkəməyə müraciəti və ya yazılı tələb göndərməsi ilə artıq hüquqi baxımdan əmlak xarakteri daşıyır. Bu da mənəvi zərərin ödənilməsi tələbinin şəxsin ölümündən sonra da vərəsələrə keçməsini mümkün edir.

Mülki Məcəllənin 1151.1-ci maddəsi də göstərir ki, miras qoyanın malik olduğu əmlak hüquqları və öhdəlikləri onun vəfatı ilə vərəsələrə keçir. Bu səbəbdən mənəvi zərərin ödənilməsi ilə bağlı iddialar da, əgər tələb müvafiq qaydada irəli sürülübsə, vərəsələr tərəfindən təqib edilə bilər.

Yekun olaraq vurğulamaq lazımdır ki, mənəvi zərərin ödənilməsi tələbi məhkəməyə təqdim edildikdən sonra, bu tələb artıq şəxsə bağlı şəxsi hüquq statusundan çıxaraq, əmlak hüququna çevrilir və iddiaçının vəfatından sonra da hüquqi davamlılığı təmin olunur.

XƏBƏR LENTİ
16 IYUN 2026
Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 Bütün Xəbərlər