276 min manatlıq brend malların ölkəyə qanunsuz gətirilməsinin qarşısı alındı

276 min manatlıq brend malların ölkəyə qanunsuz gətirilməsinin qarşısı alındı
01.12.2025 14:42 Hadisə

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən böyük həcmdə kommersiya təyinatlı malların şəxsi istifadə məqsədilə keçirilmə halı aşkarlanıb.

Bu barədə TodayPress TV-yə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, Ankara-Bakı aviareysilə gələn sərnişin “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə etməklə kommersiya həcmində olan qızıl-zinət əşyaları və geyimləri ölkə ərazisinə keçirməyə cəhd göstərib. Gömrük əməkdaşlarının risk əsaslı gömrük nəzarəti zamanı sərnişin gömrük yoxlamasına dəvət olunub.

Vətəndaşın yüklərinə baxış zamanı ona məxsus baqajdan və əl çantasından əvvəlcədən gömrük orqanına bəyan edilməyən ayaqqabı, çanta, üst geyimlərindən ibarət 32 ədəd kommersiya təyinatlı brend məhsullar (Celine, Chanel, Hermes, Dolce & Gabanna, Dior, Burberry, Louis Vuitton, Prada, Loro Piano) və “Bulqari” markalı zərgərlik məmulatları aşkar edilib.

Aşkar edilən əşyaların ümumi təqribi dəyəri 276.000 AZN təşkil edir. Faktla bağlı araşdırma aparılır.

“Gömrük xidməti bir daha diqqətə çatdırır ki, bir sıra hallarda sosial şəbəkələr vasitəsilə malların satışını həyata keçirən şəxslər tərəfindən ticarət qaydaları əsasında deyil, güzəştli qaydada keçirilməsi üçün müəyyən edilmiş normalardan artıq böyük həcmdə olan malları şəxsi istifadə məqsədi kimi yanlış məlumat verməklə ölkə ərazisinə gətirilməsinə cəhd göstərirlər. Bu növ hallar ölkənin gömrük qaydalarına ziddir və məsuliyyət yaradır”-məlumatda qeyd edilib.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 All News