100 milyonluq işdə yeni adlar: Vəzifəli şəxs həbs edildi

100 milyonluq işdə yeni adlar: Vəzifəli şəxs həbs edildi
29.07.2026 19:44 Hadisə

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi kənd təsərrüfatının inkişafına yönəldiləcəyi bəhanəsi ilə dövlətə məxsus “Aqrarkredit” (Bank Olmayan Kredit Təşkilatı) QSC-dən 100 milyon manatdan artıq kredit götürən şəxslərin cinayət əməlini ifşa etməkdə davam edir.

TodayPress TV “Qafqazinfo”ya istinadla xəbər verir ki, ötən gün həmin iş üzrə daha bir nəfər həbs edilib.

Yaqubov Vüqar Hacı oğlu “Aqrarkredit”də Kreditlərin təşkili və idarə edilməsi departamentinin müdiri işləyib. İttihama görə, o, bir qrup sahibkarla əlbir olaraq 24 milyon manat pul vəsaitini kredit rəsmiləşdirilməsi adı ilə ələ keçirib. Həmin pullar da kənd təsərrüfatı fəaliyyətinə deyil, şəxsi ehtiyaclar və digər məqsədlərə xərclənib.

Vüqar Yaqubova Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Dövlətə dəymiş ziyan ödənilmədiyi halda xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinən şəxsi 10 ildən 14 ilə kimi həbs cəzası gözləyir.

Hazırda bu cinayət işi ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində geniş ibtidai istintaq hərəkətləri aparılır. Dövlətə ziyan vurulmasında iştirak edən şəxslərin sayının daha çox olduğu istisna edilmir.

Qeyd edək ki, Vüqar Yaqubovun dələduzluq əməlləri 2019-2025-ci illəri əhatə edir. O, 2025-ci ilə kimi sözügedən qurumda vəzifədə olub.

NEWS FEED
29 JULY 2026
“Fənərbağça”nın oyunu qəfil dayandırıldı - VİDEO 22:38 Misirdə güclü partlayış - VİDEO 22:11 Azərbaycan güləşçiləri dünya ikincisi oldular 22:16 UEFA Çempionlar Liqası: “Fənərbağça” - “Qurnik” oyunu başladı 22:05 Terrorun Türkiyəyə vurduğu zərər rekord həddə çatdı - Rəqəmlər AÇIQLANDI 21:53 Ukraynada gündə 70 milyon dollar “buxarlanır” 21:40 Samux xəstəxanası qadını doğuşa qəbul etmədi, əri motosikletlə Gəncəyə apardı - VİDEO 21:26 Netanyahunun “gözü doymur”: İrana qarşı daha sərt addımlar istədi 21:14 Pezeşkian xalqa çağırış etdi: “Mübarizə aparın!” 20:57 Bloger ittiham səsləndirdi, Hikmət Hacıyev dərhal cavab verdi - VİDEO 21:00 Daha bir ölkə İranla müharibəyə qoşuldu - Vəziyyət gərginləşir 20:51 Netanyahu ABŞ ilə bağlı: “Sizə bunu göstərmirlər” 20:40 ABŞ Fransanın yeni səfirini qəbul etməyəcək? - SƏBƏB bu imiş 20:30 ABŞ-dən İrana SON XƏBƏRDARLIQ: “Səlahiyyətiniz yoxdur!” 20:06 İlham Əliyev Serbiya və Macarıstana yeni səfirlər təyin etdi 19:59 Prezident onları vəzifəsindən geri çağırdı 19:53 Azərbaycanın Avstriyadakı yeni səfiri o oldu 19:48 Prezident Avstriyadakı səfiri geri çağırıb, yeni vəzifəyə təyin etdi 19:45 100 milyonluq işdə yeni adlar: Vəzifəli şəxs həbs edildi 19:40 Zelenski ABŞ-dən qayıdanda “yolüstü” Polşaya da “dəydi” 19:33 Atası ilə çimməyə getdi, faciə ilə üz-üzə qaldı - 16 yaşlı yeniyetmənin vəziyyəti necədir? 19:28 Rusiya Odessada mühüm hədəfləri vurdu 19:15 Lavrov: “Rusiya müqəddəsdir, çətin anlarda yuxarıdan yardım gəlir” 19:04 Elmir Çərkəzov gümüş medal qazandı 18:56 Abdurrahman Hüseynli dünya çempionatında gümüş medal qazandı 18:39 All News