Ruben Vardanyan ömürlük həbs olunacaq? - Açıqlama

Ruben Vardanyan ömürlük həbs olunacaq? - Açıqlama
18.12.2025 18:01 Gündəm

Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror çıxış edib.

Prokuror çıxışında R. Vardanyanın ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Bəs Vardanyana ömürlük həbs cəzası verilə bilər?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, onun törətdiyi ağır cinayətlər ömürlük azadlıqdan məhrumetmə cəzasını tam əsaslandırır:


"Bəli, əlbəttə ki, belə bir cəza verilə bilər və mən hesab edirəm ki, ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq olunmalıdır. Sonradan əfv məsələsinin gündəmə gəlib-gəlməməsi isə ayrı mövzudur. Lakin onun törətdiyi cinayətlərin ağırlığı bu cəzadan daha yüngül yanaşmanı istisna edir. Bu baxımdan, ona ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsi tam əsaslıdır".

Həmçinin hüquqşünas Fərhad Mehdiyev məsələ ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, Vardanyanla bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət məsuliyyətinin yaranması mümkündür və bu, cinayətlərin məcmusu qaydasında tətbiq oluna bilər.


Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 100.2-ci maddəsi Vardanyana şamil edilə bilər. Həmin maddə təcavüzkar müharibənin aparılmasına görə 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası nəzərdə tutur.

Ə.Həsənov qeyd edib ki, eyni zamanda Cinayət Məcəlləsinin 115-ci maddəsi — müharibə qanun və adətlərinin pozulması, eləcə də 116-cı maddəsi — müharibə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulması üzrə də məsuliyyətin yaranması istisna edilmir. Hüquqşünasın fikrincə, bu maddələr ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir.

O vurğulayıb ki, qeyd olunan maddələrin cinayətlərin məcmusu qaydasında tətbiqi halında Vardanyan barəsində ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsi hüquqi baxımdan tam əsaslıdır.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
"Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 All News