Rəsmi Bakıdan SƏRT CAVAB: Aİ–Azərbaycan dialoqunda yeni gərginlik?

Rəsmi Bakıdan SƏRT CAVAB: Aİ–Azərbaycan dialoqunda yeni gərginlik?
09.12.2025 18:32 Gündəm

“2 dekabr 2025-ci ildə Avropa İttifaqı–Ermənistan Tərəfdaşlıq Şurasının qəbul etdiyi “Avropa İttifaqı–Ermənistan Strateji Gündəliyi” sənədi region üçün mühüm siyasi siqnaldır və onun tərkibində Azərbaycanın maraqlarına zidd elementlərin yer alması sülh prosesinə müəyyən mənfi təsir göstərə bilər”. 

Politoloq Anar İsayev bunu TodayPress TV-yə açıqlamasında deyib.


O bildirib ki, bu, Avropa İttifaqının (Aİ) regional balanssız mövqeyi görüntüsü yarada bilər:

“Belə ki, sənəddə post-münaqişə reallıqlarının təhrif edilməsi və birtərəfli vurğular Aİ-nin Ermənistana daha yaxın siyasi-strateji kursa keçid etdiyini, həmçinin Azərbaycan–Ermənistan məsələsində neytrallıqdan uzaqlaşdığı təəssüratını gücləndirir. Bu isə Bakı üçün Aİ-nin vasitəçilik rolunu zəiflədə bilər. Azərbaycan indiyədək Aİ-ni neytral aktor kimi qəbul edirdi, amma sənəddəki vurğular bu rolu sual altına qoya, Ermənistanı danışıqlarda daha sərt mövqeyə həvəsləndirə bilər.

Sənəd Aİ-nin Ermənistana təhlükəsizlik dəstəyi, islahatlar, iqtisadi yaxınlaşma, ümumi təhlükəsizlik və müdafiə siyasəti sahəsində genişləndirilmiş əməkdaşlıq vədi verir. Bu paralel dəstək Ermənistanın sülh danışıqlarında xüsusi tələblərinin artmasına, 2020–2023 reallıqlarını tam qəbul etməməsinə, sərhəd məsələləri və kommunikasiyalar üzrə irəliləyişi ləngitməsinə səbəb ola bilər”.


Ekspert belə sənədlərin Aİ–Azərbaycan dialoqunda yeni gərginlik yarada biləcəyini və Bakının da buna cavab olaraq bir sıra mümkün addımlar ata biləcəyini deyib:

“Belə ki, Aİ ilə yüksək səviyyəli dialoqu müvəqqəti zəiflətmək, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində Aİ-nin rolunu məhdudlaşdırmaq, regionda özünə daha uyğun hesab etdiyi formatlara istiqamətlənmək kimi addımlar istisna deyil. Bu isə sülh prosesində Qərbin rolunu azalda bilər. Bütün bu sadaladığım səbəblərə baxmayaraq, bir vacib məqamı qeyd edim ki, Aİ–Ermənistan sənədi hər nə qədər birtərəfli olsa da, Azərbaycan–Ermənistan sülhünün həlledici şərtləri Aİ deyil, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda paraflanmış sülh sazişinə əsasən Bakı və İrəvanın öz razılığıdır. Reallıqda sərhəd delimitasiyası, kommunikasiyaların açılması, sülh sazişi mətninin yekunlaşdırılması hələ də iki ölkə arasında gedən birbaşa proseslərlə həll edilir. Aİ-nin sənədi bu prosesi çətinləşdirə bilər, amma onun nəticəni tam bloklamaq gücü yoxdur”.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla Aİ arasında imzalanan sənədi şərh edib.


Bildirilib ki, 2 dekabr 2025-ci il tarixində Brüssel şəhərində keçirilmiş Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində imzalanmış "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənəddə post-münaqişə dövründə reallıqları təhrif edən və bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə zidd olan bir sıra məsələlərin prioritetləşdirilməsi ciddi narahatlıq doğurur.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 All News