Mehdiyevlər ailəsində gözlənilməz gəlişmə – Azərbaycanda ikinci dəfədir yaşanır

Mehdiyevlər ailəsində gözlənilməz gəlişmə – Azərbaycanda ikinci dəfədir yaşanır
17.06.2026 10:12 Gündəm

Ramiz Mehdiyevin ailəsinə məxsus maliyyə qurumlarından biri ilə bağlı diqqətçəkən dəyişiklik baş verib. Belə ki, “Bank BTB” ASC adını və təşkilati-hüquqi formasını dəyişərək “T-Kredit” Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC-yə çevrildiyini elan edib. Buna Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin 5 mart 2026-cı il tarixli qərarı ilə razılıq verilib.

Bankın BOKT-a çevrilməsi praktik olaraq nə deməkdir?

TodayPress TV xəbər verir ki, Globalinfo.az-a danışan hüquqşünas, iqtisadçı Əkrəm Həsənov deyib ki, bu, Azərbaycanda bankın BOKT-a çevrilməsi ilə bağlı ikinci haldır:


“İlk belə nümunə “Parabank”la bağlı olub. Həmin bank ləğv edildikdən sonra “Para BOKT” yaradıldı. “Bank BTB” ilə bağlı vəziyyət isə fərqlidir, çünki bank ləğv olunmayıb, birbaşa BOKT-a çevrilib. Banklar və BOKT-lar hər ikisi kredit təşkilatı sayılsa da, onların fəaliyyət imkanları və tələbləri fərqlənir. Bank üçün minimum nizamnamə kapitalı 50 milyon manat olduğu halda, BOKT üçün bu məbləğ 1 milyon manatdır. Bu baxımdan bank fəaliyyətini davam etdirmək daha çətin və böyük maliyyə resursları tələb edir”.

İqtisadçı bildirib ki, bankda maliyyə problemi yarandıqda səhmdarlar əlavə vəsait yatırmaq istəmədikdə və ya buna imkan tapmadıqda, statusun dəyişdirilməsi variantı gündəmə gəlir:

“Digər mühüm məqam odur ki, banklar AMB-nin daha ciddi nəzarəti altında fəaliyyət göstərir. Çünki onlar əmanət qəbul edir, bank hesabları açır və pul köçürmələri həyata keçirirlər. BOKT-lar isə bu xidmətləri göstərə bilmir və əsasən kredit vermə fəaliyyəti ilə məşğul olurlar. Buna görə də bankların fəaliyyət imkanları daha geniş olsa da, onlara tətbiq olunan tələblər və məsuliyyət də daha ağırdır”.

Ekspertin sözlərinə görə, Mehdiyevin ailəsinə məxsus bankın BOKT-a çevrilməsinin səbəbləri ilə bağlı müxtəlif ehtimallar irəli sürülə bilər:

“Mümkündür ki, bankın əlavə kapitala ehtiyacı yaranıb və səhmdarlar bunu təmin etmək istəməyiblər. Lakin məsələni yalnız konkret səhmdarlarla əlaqələndirmək düzgün olmaz. Hazırda bank sektorunda inhisarlaşma, təmərküzləşmə prosesi gedir. Orta, eləcə də kiçik bankların iri maliyyə qurumları ilə rəqabət aparması getdikcə daha da çətinləşir. Bu isə prosesin obyektiv iqtisadi tərəfidir”.

Qeyd edək ki, “Bank BTB”nin səhmlərinin 74,99 faizi Nigar İsmayıl qızı Mehdiyevaya, 19,01 faizi Sadiq Rza İsmayıl oğluna, 6 faizi isə Tükəzban Ağa qızı Mahmudovaya məxsus olub. Bankın əsas səhmdarı Nigar Mehdiyeva Ramiz Mehdiyevin gəlinidir. Digər səhmdar Sadiq İsmayıl isə onun qardaşıdır. Beləliklə, Mehdiyevlər ailəsinin nəzarətində olan maliyyə qurumu fəaliyyətini yeni statusla davam etdirəcək.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Dünya çempionatı: İbrahim Həsənov 1/4 finala vəsiqə qazandı 15:10 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 All News