İran Azərbaycanla media savaşına başlayır? - “Qara siyahı” yayıldı

İran Azərbaycanla media savaşına başlayır? - “Qara siyahı” yayıldı
17.07.2026 23:15 Gündəm

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu İran Kəşfiyyat Nazirliyinin xaricdə fəaliyyət göstərən iranlı müxalif media qurumları və media fəalları ilə bağlı açıqlamasını şərh edib.

TodayPress TV xəbər verir ki, politoloq bildirib ki, İranın açıqladığı siyahıda Güney Azərbaycan Televiziyasının (Günaz TV) də yer aldığını qeyd edib.

Onun sözlərinə görə, İran hakimiyyəti Günaz TV-yə müsahibə verən, mesaj göndərən, foto və video paylaşan şəxslərin “casusluğa görə cəzanın artırılması haqqında qanunun 4-cü maddəsi” əsasında ağır cəzalandırıla biləcəyi barədə xəbərdarlıq edib.

E.Şahinoğlu bildirib ki, İkinci Qarabağ müharibəsi zamanı Güney Azərbaycandan olan şəxslər Günaz TV-yə Ermənistana daşınan hərbi yüklərlə bağlı foto və videolar göndəriblər.

Politoloq qeyd edib ki, İran ərazisindən Ermənistana hərbi yüklərin daşınması ilə bağlı məlumatların yayılmasından sonra Tehrana etirazlar bildirilib və proses dayandırılıb.

“İran rejiminin məntiqinə görə, həmin məlumatları paylaşan şəxslər cəzalandırılmalıdır. Günaz TV Güney Azərbaycanda geniş izlənilir, müxtəlif proqramlara mesajlar yazılır, zənglər edilir və şərhlər verilir. İran hakimiyyəti isə bunun qarşısını almağa çalışır”, - deyə o vurğulayıb.

Elxan Şahinoğlu Azərbaycanın da analoji addım atıb-atmamalı olduğu sualını gündəmə gətirib. O bildirib ki, İranda Azərbaycan əleyhinə təbliğat və dezinformasiya yayan bəzi media qurumlarına müsahibə verən və məlumat ötürən şəxslərlə bağlı hüquqi mexanizmlərin tətbiqi məsələsi müzakirə oluna bilər.

Politoloq əlavə edib ki, İranın “Səhər” televiziyası da zaman-zaman Azərbaycanla bağlı proqramlar hazırlayır və azərbaycanlı ekspertlərdən açıqlamalar almağa çalışır.

Kübra Musayeva

NEWS FEED
18 JULY 2026
İran İraq Kürdüstanına güclü zərbələr endirir - VİDEO 00:42 İranın şəhərlərində partlayış səsləri eşidildi - TƏCİLİ 00:22 Tüstü Trampın “sərhədlərini” keçdi - Ona da sanksiya tətbiq ediləcək 00:16 Sabah hava qəfil dəyişəcək: Yağış, şimşək… 23:55 ABŞ-də “dron və raket yağışı” gözlənilir - İran XƏBƏRDARLIQ ETDİ 23:34 İran Azərbaycanla media savaşına başlayır? - “Qara siyahı” yayıldı 23:15 Polşada “qonaqpərvərlik limiti” doldu - Ukraynalı qaçqınlarla bağlı SORĞU 22:53 Hərbçimiz həlak oldu - FOTO 22:43 “Gənclik və dəyərlər” layihəsinin yekun tədbiri keçirildi 22:34 TƏCİLİ: ABŞ İsrailə onlarla hərbi təyyarə göndərdi 22:23 Ömər Eldarovun son vəziyyəti açıqlandı 21:21 İranın kürd terrorçuların bazalarını hədəf aldı - VİDEO 21:59 İran İraqı vurdu - VİDEO 21:49 Dünya çempionlarını bu dəfə fərqli mükafat gözləyir - VİDEO 21:40 İranda ABŞ-yə məxsus pilotsuz uçuş aparatı vurulub - FOTO 21:17 Ömürlük cəza alanların apellyasiya prosesi davam edir - Məhkəmədə nə baş verdi? 21:14 ABŞ İranın “gözünü” vurdu - Strateji müşahidə qülləsi məhv edildi 20:59 Şuşanın mənə dediyi söz: Tarixi təzədən oxu! 17:29 Trampın yeni hədəf siyahısı üzə çıxdı - İranı nə gözləyir? 20:52 Mikayıl Cabbarov Mirziyoyevlə görüşdü - İlham Əliyevə xüsusi mesaj göndərildi 20:46 Ukraynada ən vacib iki nazirliyə müvəqqəti rəhbərlər təyin edildi - ADLAR 20:38 Rusiyada yeniyetmə yanacaqdoldurma məntəqəsini yandırdı - VİDEO 20:29 Lökbatan istiqamətində sürücülərə XƏBƏRDARLIQ! Zəncirvari qəza hərəkəti iflic etdi 20:20 Bu qanun qapıdan keçə bilmədi - Polşa Prezidenti veto qoydu 20:14 Atadan sonra oğul da danışdı: “Azərbaycan bizim dostumuzdur” 20:06 All News