Günay Ağamalı: “İqtisadi əlaqələr sülhün alternativi deyil!”

Günay Ağamalı: “İqtisadi əlaqələr sülhün alternativi deyil!”
06.02.2026 13:36 Gündəm

“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması təkcə siyasi müstəvi ilə məhdudlaşmır”.

Bunu Milli Məclisin deputatı, "Ana Vətən" Partiyasının sədri Günay Ağamalı TodayPress TV-yə açıqlamasında deyib. 

Deputat qeyd edib ki, qarşıdakı dövrdə tərəflər arasında qarşılıqlı iqtisadi əlaqələrin qurulması da istisna edilmir:

“Artıq bu istiqamətdə müəyyən addımlar atılmaqdadır. Azərbaycanın enerji məhsulları tədricən Ermənistan bazarında yer almağa başlayır və mövcud dinamikanın bundan sonra da artan templə davam edəcəyi ehtimal olunur”.

Partiya sədri vurğulayıb ki, sülh olmadan nəticə olmayacaq: 

“Reallıq ondan ibarətdir ki, Azərbaycan uzun illərdir regional iqtisadi əməkdaşlıq modelini təşviq edir və bu prosesdə heç vaxt təşəbbüsdən yayınmayıb. Azərbaycanla Ermənistan arasında tammiqyaslı iqtisadi münasibətlərin formalaşması üçün isə yekun sülh müqaviləsinin imzalanması əsas şərtdir. Əks halda, ixrac və əməkdaşlıq barədə səslənən fikirlər real nəticələr verməyəcək”.

O, qeyd edib ki, Ermənistandan ixrac fayda verməsə də siyasi əhəmiyyət daşıyır:

“Ermənistan iqtisadiyyatının mövcud vəziyyətinə nəzər saldıqda, bu ölkədən Azərbaycana ixrac edilə biləcək ciddi və rəqabətqabiliyyətli məhsul çeşidinin olmadığı aydın görünür. Bu da ölkəmiz üçün əhəmiyyətli iqtisadi üstünlüklər vəd etmir. Bununla belə, məhz siyasi dinamikanın qorunması və etimad mühitinin formalaşdırılması baxımından bu tip iqtisadi addımlar müəyyən əhəmiyyət daşıyır”.

Parlamentari diqqətə çatdırıb ki, hazırda tərəflər arasında əsas müzakirə mövzusu nəqliyyat və kommunikasiya xətlərinin açılmasıdır. Bu proses hər iki ölkə üçün faydalı olmaqla yanaşı, regionun ümumi iqtisadi və logistik potensialını artırır. Azərbaycanın təşəbbüsü ilə irəli sürülən nəqliyyat, kommunikasiya və logistika layihələrinin regional sabitliyə töhfə verəcəyi danılmazdır.

G.Ağamalı bildirib ki, iqtisadi əlaqələr heç vaxt sülhün alternativi olmayıb:

“Davamlı və real sülh siyasi qərarlardan, hüquqi öhdəliklərdən və etimadın konkret addımlarla möhkəmləndirilməsindən keçir. Ticarət və iqtisadi münasibətlər isə bu prosesin nəticəsi kimi formalaşa bilər. Azərbaycan hər zaman olduğu kimi, prinsipial, ardıcıl və açıq mövqeyini qoruyur. Sülh şəraiti yaranarsa, əməkdaşlıq mümkündür, qeyri-müəyyənlik və ziddiyyətli siyasət davam edərsə, iqtisadi jestlərin real mənası olmayacaq”.

Qeyd edək ki, 2025-ci ilin dekabrında Azərbaycandan Ermənistana neft məhsullarının birbaşa tədarükünə başlanılıb. Ermənistan tərəfi Azərbaycandan digər məhsulların da tədarükündə maraqlı olduğunu bəyan edib. 

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 All News