Bakı Knessetin qərarını dəyişdirdi - Ermənilər məyusdur

Bakı Knessetin qərarını dəyişdirdi - Ermənilər məyusdur
19.07.2026 17:17 Gündəm

İsrailin “Haaretz” nəşri yazır ki, ölkə hökumətinin ötən ay təsdiqlədiyi qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qərar Azərbaycanın təzyiqindən sonra Knessetdə səsverməyə çıxarılmayıb.

TodayPress TV xəbər verir ki, nəşrin məlumatına görə, İsrailin xarici işlər naziri Gideon Saar bu məsələnin irəli sürülməsini dəstəkləyib. Lakin iddiaya əsasən, Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Baş nazir Benyamin Netanyahunun ofisi ilə əlaqə saxladıqdan sonra Netanyahu səsvermənin keçirilməsini dayandırıb.

“Haaretz” bildirir ki, daha sonra İsrail tərəfi Azərbaycan nümayəndələrinə məsələni Knessetin gündəliyindən çıxardıqlarını və parlamentin yay tətili ərəfəsində keçiriləcək səsvermələr paketinə daxil edilməyəcəyini çatdırıb.

Bununla yanaşı, İsrail Xarici İşlər Nazirliyinin rəhbərinin ofisi səsvermənin Netanyahunun təşəbbüsü ilə ləğv edildiyi barədə iddiaları təkzib edib. Ancaq məsələni izah edən alternativ səbəb açıqlanmayıb.

Qeyd edək ki, məlumat “Haaretz” nəşrinin mənbələrinə istinadən yayılıb və İsrail hökuməti tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.

Kübra Musayeva

NEWS FEED
21 JULY 2026
Rusiya PUA ilə ticarət mərkəzini vurdu - VİDEO 00:47 ABŞ İrana qarşı yeni zərbələrə başladı - TƏCİLİ 00:30 İranda partlayış səsləri eşidildi 00:24 İordaniyada ard-arda partlayış səsləri eşidilib - VİDEO 00:21 İranda Fransa səfirliyinin iki əməkdaşı saxlanıldı - SƏBƏB 00:04 UEFA prezidenti DÇ-nin final matçına getmədi - SƏBƏB bu imiş 23:34 Salyanda dəhşətli qəzada ölənlərin sayı artdı 18:50 Atasının idarə etdiyi aqreqat 3 yaşlı qızın sonu oldu – Dəhşətli faciə 23:10 SON DƏQİQƏ: İordaniya İrandan atıldığı iddia olunan raketləri havada məhv etdi 22:52 İlham Əliyev Berlində vacib görüş keçirdi 22:40 İranın zərbəsi beynəlxalq hava limanını hədəfə aldı 22:30 İtaliyanın hərbi attaşesi Rusiyadan qovuldu - Nə baş verir? 22:26 TƏCİLİ: İran Küveyt sərhədinə hərbi texnika yığır - VİDEO 22:13 Ermənilər pomidora görə “ayağa qalxdı” - Azərbaycanla sərhəd ərazidə yol bağlandı 21:59 Messidən finaldan sonra hamını təəccübləndirən addım 21:47 İlham Əliyev Almaniyada rəsmi səfərdədir 21:28 ABŞ-dan İrana növbəti ağır zərbə - Strateji kompleks hədəf alındı 21:25 Dünya çempionatının finalı bitdi, qalmaqal başladı - Messinin komandası araşdırılır 21:11 Tramp bütün hərbi rəhbərliyə göstəriş verdi - Hər əsgərə görə qat-qat ağır bədəl ödəniləcək 20:55 Zelenski və Britaniyanın Baş naziri hərəkətə keçir - İLK DANIŞIQ 20:47 Ukraynalı jurnalist İlham Əliyevə belə təşəkkür etdi 20:30 Nyu-Yorkda partlayış oldu - VİDEO 20:16 ABŞ İranın qapıları açmağını gözləyir 20:10 İranın raketləri Küveyti alova bürüdü - VİDEO 20:00 İspaniya millisi Trampı “yox elədi” - FOTO 19:41 All News