Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirdi

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirdi
17.08.2026 22:35

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniya Parlamentində görüşlər keçirib.

Bu barədə TodayPress TV-yə Azərbaycanın Rumıniyadakı Səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, 17 avqust tarixində Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkənin Parlamentində görüşlər keçirib.

Parlamentin yuxarı palatası olan Senatda hakim Milli Liberal Partiyasının sədr müavini, senator Glad-Aurel Varqa ilə görüş baş tutub.

Görüşdə ikitərəfli münasibətlərin inkişafı, regionlarası əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər müzakirə mövzusu olub.

Senator Glad-Aurel Varqa Rumıniya ilə Azərbaycan arasında tarixi dostluq və sıx tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edərək, regionlararası iqtisadi və investisiya əlaqələrinin inkişaf etdirilməsi istiqamətində parlament müstəvisində müvafiq dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib. O, iki ölkənin parlamentləri arasında münasibətlərin müsbət dinamikada inkişaf etdiyini vurğulayıb. Glad-Aurel Varqa Azərbaycan tərəfini təmsil etdiyi Arad regionu ilə əməkdaşlığa dəvət edib.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov senator Glad-Aurel Varqaya Rumıniyanın Maramureş regionuna səfəri çərçivəsində əldə edilən razılıqlar barədə məlumat verib,

Qarabağ regionunda işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın maliyyə imkanları hesabına keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, o cümlədən infrastruktur layihələri və xarici investorlar üçün yaradılan imkanlar barədə danışıb.

Elçin Yusubov qarşı tərəfə Rumıniyada göstərilən diqqətə görə minnətdarlığını bildirərək, senator Glad-Aurel Varqanı Xankəndiyə dəvət edib.

Bundan əlavə, Parlamentin Deputatlar Palatasında nümayəndə heyətinin hakim Sosial-Demokrat partiyasının sədr müavini, deputat, Azərbaycan ilə Rumıniya parlamentlərarası dostluq qrupunun Rumıniya tərəfindən həmsədri Marian Neakşu və deputat Radu Oprea ilə görüşü baş tutub. Görüşdə parlamentlərarası münasibətlər və nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Marian Neakşu Azərbaycanı Rumıniyanın etibarlı tərəfdaşı adlandıraraq, üç il öncə Rumıniya nümayəndə heyəti tərkibində Azərbaycana səfərini və dövlət başçısı, Prezident İlham Əliyev tərəfindən qəbul edildiklərini xatırlayıb. O, iqtisadi əməkdaşlığın səmərəli şəkildə inkişafı üçün fəaliyyət planının tərtib edilməsi, qarşılıqlı səfərlərin təşkili və birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Elçin Yusubov Marian Nekşunu Qarabağa səfərə dəvət edib. M.Neakşu dəvətə görə təşəkkürünü ifadə edərək, yaxın zamanda Azərbaycana, xüsusən Qarabağa səfər edəcəyinə söz verib.

TodayPress TV

NEWS FEED
20 AUGUST 2026
Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Three supermassive black holes found in a distant galaxy—and they may collide 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azerbaijan expresses condolences to CAR over deaths of miners 11:58 Trump’s secret plan revealed: How are 10 million barrels of oil transported every night? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 First death from West Nile virus recorded in Israel 10:44 “This is the end of the journey!” David Coulthard discusses Zandvoort’s Formula 1 future 10:28 Abbas Araghchi reacts to Donald Trump’s statements 10:24 Unexpected last-minute change in Darwin Núñez transfer 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Another batch of grain to be sent to Armenia in transit through Azerbaijan 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azeri Light oil price exceeds $95 per barrel 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 State Security Service detains member of illegal armed group wanted since 2009 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 ABŞ ordusu zərbə dronları batalyonunu ləğv edir 08:59 All News