Prezident Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18.08.2026 15:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dunkan Normanı qəbul edib.

TodayPress TV xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Çıxışına Azərbaycan dilində başlayan Dunkan Norman deyib: “Zati-aliləri, həyat yoldaşım Kerri ilə mən 27 il əvvəl Azərbaycana ilk dəfə gələndə insanların mehribanlığı və Bakının böyük potensialı bizi çox təəsirləndirdi. O vaxtdan bəri Azərbaycan çox böyük inkişaf yolu keçib. Ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifəni açmaqdan şərəf duyuram”.

Birləşmiş Krallıq ilə Azərbaycan arasında yeni strateji tərəfdaşlıq üzərində işin davam etdiyini bildirən səfir bunun ortaq prioritetlərimiz üzrə daha dərin əməkdaşlıq, təhlükəsizliyin gücləndirilməsi və innovasiyalar vasitəsilə nailiyyətlərimizi daha da inkişaf etdirəcəyini vurğulayıb.

Səfir bərpaolunan enerji, müdafiə, aviasiya istiqamətlərində ölkəmizlə dinamik tərəfdaşlıq qurmaq istədiklərini deyib, təhsil sahəsində əlaqələri qeyd edib və gənclər arasında körpülərin gücləndiyini diqqətə çatdırıb.

O, Prezident İlham Əliyevin Azərbaycanla Ermənistan arasında sülhün qurulması istiqamətində səylərinin Böyük Britaniya Hökuməti tərəfindən təqdir edildiyini və bu irəliləyişin dəstəkləndiyini deyib.

Dunkan Norman, eyni zamanda, ölkəsinin Azərbaycanın minatəmizləmə səylərini dəstəkləyən ilk beynəlxalq tərəfdaş olduğunu xatırladıb.

Dövlət başçısı səfirə Bakıda xoş vaxt keçirməyi arzulayıb, onun Azərbaycan dilində danışmasını yüksək qiymətləndirib.

Prezident İlham Əliyev gündəliyimizlə bağlı məsələlərin yalnız ikitərəfli müstəvidə deyil, regional inkişaf və əməkdaşlıq baxımından da böyük əhəmiyyət kəsb etdiyini deyib.

Minatəmizləmə sahəsində yardıma görə Böyük Britaniya Hökumətinə minnətdarlığını ifadə edən dövlət başçısı bu sahədə ölkəmizin daha sıx beynəlxalq əməkdaşlığa ehtiyacı olduğunu bildirib.

Otuz il əvvəl Azərbaycan-Böyük Britaniya əməkdaşlığının məhz enerji sahəsində başladığını xatırladan Prezident İlham Əliyev hazırda bərpaolunan enerji istiqamətində tərəfdaşlıq üçün böyük potensialın olduğunu bildirib, bu xüsusda ölkəmizdə ilk Günəş elektrik stansiyasının bp tərəfindən tikildiyini qeyd edib.

Dövlət başçısı müstəqilliyimizin 35 ilinin bir ilini sülh şəraitində yaşadığımızı deyərək bunun region üçün böyük bir dəyişiklik olduğunu vurğulayıb.

Prezident İlham Əliyev deyib ki, regiondakı vəziyyəti nəzərə alaraq, təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək.

Ölkəmizdə müsbət investisiya mühitinin yaradıldığını deyən dövlət başçısı Azərbaycan və Britaniya şirkətləri tərəfindən böyük qarşılıqlı marağın olduğu vurğulayıb.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

NEWS FEED
20 AUGUST 2026
“Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Three supermassive black holes found in a distant galaxy—and they may collide 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azerbaijan expresses condolences to CAR over deaths of miners 11:58 Trump’s secret plan revealed: How are 10 million barrels of oil transported every night? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 First death from West Nile virus recorded in Israel 10:44 “This is the end of the journey!” David Coulthard discusses Zandvoort’s Formula 1 future 10:28 Abbas Araghchi reacts to Donald Trump’s statements 10:24 Unexpected last-minute change in Darwin Núñez transfer 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Another batch of grain to be sent to Armenia in transit through Azerbaijan 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azeri Light oil price exceeds $95 per barrel 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 State Security Service detains member of illegal armed group wanted since 2009 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 All News