Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi keçirilir

Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi keçirilir
28.11.2025 11:11 Elm və Təhsil

Vəkillər Kollegiyası (VK) və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul üzrə növbəti ixtisas imtahanının test mərhələsi keçirilir.

TodayPress TV xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusunda təşkil edilən imtahan saat 10:00-da başlayıb və 3 saat davam edəcək.

İmtahan prosesi VK və DİM-in birgə təşkilatçılığı ilə tam elektron formatda həyata keçirilir.

Bu mərhələdə iştirak etmək üçün ümumilikdə 423 namizəd müraciət edib. Namizədlərə hüququn müxtəlif sahələrini əhatə edən, hər biri 1 balla qiymətləndirilən 100 test tapşırığı təqdim olunub və keçid balı isə 60 olaraq müəyyən edilib.

İmtahanın nəticələri prosesin tamamlanmasının ardınca operativ şəkildə elan olunacaq və Azərbaycan Respublikası VK-nın rəsmi internet səhifəsində yerləşdiriləcək. İmtahanın şəffaflığının təmin edilməsi məqsədilə bir çox yerli, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər dəvət olunub, media nümayəndələrinin iştirakı təmin edilib.

Statistik göstəricilərə əsasən iştirakçıların 56%-i Bakı şəhərindən, 44%-i isə regionlardan qatılıb. Bu, regionlarda hüquqi yardımın əlçatanlığının artırılması və vəkil çatışmazlığının aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Namizədlərin 11,7%-i xarici, 88,3%-i isə yerli ali təhsil müəssisələrinin məzunlarıdır. Ən çox təmsil olunan ali məktəb 54% göstərici ilə Bakı Dövlət Universitetidir. Yaş göstəricilərinə əsasən iştirakçıların 71%-i 40 yaşadək namizədlərdir. Bundan başqa, namizədlərin 31%-i qadın, 69%-i isə kişilərdir. Naxçıvan Muxtar Respublikası VK üzrə müraciət edənlər isə ümumi sayın 0,2%-ni təşkil edir.

Bundan başqa, imtahanda iştirak edən 423 namizəddən 311 nəfəri (74%) özəl müəssisələrdə, 112 nəfəri isə (26%) dövlət qurumlarında çalışır. Dövlət qurumlarında çalışanlardan 45 nəfəri məhkəmələrdə, 17 nəfəri ədliyyə orqanlarında, 15 nəfəri daxili işlər orqanlarında, 1 nəfəri prokurorluqda, 34 nəfəri isə digər dövlət qurumlarında fəaliyyət göstərir.

Beləliklə, cari il üzrə keçirilən ixtisas imtahanlarının test mərhələlərində ümumilikdə 884 namizəd iştirak edib.

Qeyd etmək istərdik ki, bu il 287 nəfər vəkil and içərək Kollegiyanın üzvlüyünə qəbul olunub. Hazırda 65 nəfər vəkilliyə namizədin Ədliyyə Akademiyasında icbari təlim prosesi davam edir, 130 namizəd isə şifahi müsahibə mərhələsində iştirak edir.

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 All News