Təhsil sənədləri elektronlaşır: Tələbə və məzunlar üçün yeni imkanlar

Təhsil sənədləri elektronlaşır: Tələbə və məzunlar üçün yeni imkanlar
12.01.2026 13:55 Elm və Təhsil

"Azərbaycanda təhsil sənədlərinin elektron formata keçirilməsi tələbələr və məzunlar üçün mühüm üstünlüklər vəd edir".

Bunu TodayPress TV-yə danışan təhsil eksperti Ramin Nurəliyev bildirib.


Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə diplomlar, attestatlar, sertifikatlar və onlara əlavələr artıq hüquqi qüvvəyə malik elektron sənədlər kimi formalaşdırılacaq:

"Bu qərar dünya təcrübəsinə uyğun olmaqla yanaşı, tələbələr üçün ciddi rahatlıq yaradacaq. İnkişaf etmiş ölkələrdə elektron diplomlar artıq uzun müddətdir tətbiq olunur. Türkiyədə də bunun real nümunələrini görürük. Bu sistemin Azərbaycanda tətbiqi tələbələr üçün böyük üstünlükdür".

Ekspertin fikrincə, elektron attestatların tətbiqi xüsusilə xaricdə təhsil almaq istəyən gənclər üçün vaxt itkisini aradan qaldıracaq:

"İndiyədək bəzi regionlarda attestatların verilməsində gecikmələr müşahidə olunurdu. Yeni qərarla bu problem aradan qalxacaq və məzunlar maksimum 10 gün ərzində elektron sənədlərini əldə edə biləcəklər. Eyni problem ali təhsil müəssisələrini bitirən gənclər üçün də aktual idi. Bu vaxta qədər diplomların verilməsi aylarla, bəzi hallarda isə hərbi xidmət səbəbindən daha uzun çəkirdi. Elektron diplomların tətbiqi xüsusilə xaricdə magistratura təhsili almaq istəyən gənclər üçün yeni imkanlar açacaq".

O vurğulayıb ki, qərar yalnız məzunlara deyil, təhsilini yarımçıq dayandıran və ya müvəqqəti fasilə verən şəxslərə də aiddir. Belə şəxslər artıq arayış almaq üçün universitetlərdə növbələrdə dayanmayacaq, sənədlərini elektron formada əldə edərək istənilən quruma təqdim edə biləcəklər:

"Məzunlar artıq aylarla diplom gözləmədən elektron sənədlə işə müraciət edə biləcəklər və bu da onların iş həyatına daha tez inteqrasiya olunmasına şərait yaradacaq. Cəmiyyətdə bu qərarla bağlı yanlış fikirlər də yayılıb. Bəzi şəxslər bunu fəaliyyəti dayandırılmış ali təhsil müəssisələrində oxuyanların diplom əldə etməsi kimi şərh edir, lakin bu, tamamilə yanlışdır. Bağlanmış ali təhsil müəssisələrində oxuyan şəxslərə diplom verilməsi nəzərdə tutulmur. Yalnız həmin şəxsin müəyyən müddət təhsil aldığını təsdiq edən arayış təqdim oluna bilər. Bu arayış diplomu əvəz etmir", – deyə Ramin Nurəliyev bildirib.

Qeyd edək ki, artıq ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə diplomlar, attestatlar, sertifikatlar və onlara əlavələr hüquqi qüvvəyə malik elektron sənədlər kimi formalaşdırılacaq. Hətta təhsilini müxtəlif səbəblərdən tamamlaya bilməyən şəxslərə də verilən arayışlar elektron sənəd formasında yaradılacaq. 

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
"Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 All News