Tanınmış amerikalı alim folklor sahəsində aparılan tədqiqatları yüksək qiymətləndirdi

Tanınmış amerikalı alim folklor sahəsində aparılan tədqiqatları yüksək qiymətləndirdi
17.07.2025 14:11 Elm və Təhsil

ABŞ-nin məşhur folklorşünas alimi, professor Simon J. Bronner “Amerika Folklor Cəmiyyəti – Tarix və Folklor Bölməsi” adlı “Facebook” səhifəsində AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, dosent Hikmət Quliyev və AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya elmləri doktoru, dosent Səfa Qarayevin elmi fəaliyyəti ilə bağlı paylaşım edərək Azərbaycanın gənc alimlərinin yaradıcılığını yüksək qiymətləndirib, onlara dəstəyini nümayiş etdirib.

TodayPress TV xəbər verir ki, son illərdə ölkəmizdə rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının inkişafı istiqamətində yürüdülən dövlət siyasəti və həyata keçirilən genişmiqyaslı tədbirlərə müvafiq olaraq, Azərbaycan Milli Elmlər Akademiyasında da bu qurumun prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə mühüm işlər görülür, humanitar və ictimai elmlərin prioritetlərinin dövlətin milli maraqlarına uyğunlaşdırılması məsələsinə xüsusi diqqət göstərilir.

AMEA rəhbəri innovativ multidissiplinar tədqiqatların genişləndirilməsi, xüsusilə süni intellektin humanitar və ictimai elmlər sahəsində tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu islahatlar yüksəkixtisaslı kadrların, müasir texnoloji bacarıqlara malik tədqiqatçıların hazırlanmasında və yeni elmi istiqamətlərin formalaşdırılmasında böyük rol oynayır.

Xəbər verdiyimiz kimi, AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə AMEA Folklor İnstitutunun direktoru, dosent Hikmət Quliyev 5719.01 – “Folklorşünaslıq” ixtisası üzrə “İnternet folkloru: nəzəri-metodoloji kontekst və folklorik məna yaradıcılığı” mövzusunda filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüş, ona Azərbaycanda ilk dəfə olaraq İnternet folkloru mövzusu üzrə filologiya elmləri doktoru diplomu təqdim olunmuşdur. Dissertasiya AMEA Folklor İnstitutu ilə AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitunun birgə elmi əməkdaşlığı çərçivəsində hazırlanmışdır.

Həmçinin Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə AMEA Rəyasət Heyətinin elmi katibi, Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent Səfa Qarayevə 5719.01 – “Folklorşünaslıq” ixtisası üzrə “Folklorda metaforik düşüncənin psixoanalitik semantikası” mövzusu üzrə filologiya elmləri doktoru elmi dərəcəsi verilmişdir. Bu dissertasiya təxminən 10 il ərzində aparılmış tədqiqatların nəticəsi kimi, ölkəmizdə psixoanalitik folklorşünaslıq sahəsində ilk iş hesab olunur.

Amerikalı professor Simon J. Bronner “Facebook” sosial şəbəkəsində Hikmət Quliyevin elmi fəaliyyəti haqqında paylaşımında onun İnternet folkloru ilə bağlı apardığı tədqiqatların bir hissəsinin əks olunduğu “Virtual mühitdə folklor: ənənə və kommunikasiya” kitabı haqqında fikirlərini bölüşüb, burada yer alan tədqiqat nəticələrini yüksək dəyərləndirib. Qeyd edib ki, sözügedən monoqrafiya İnternet mühitində mövcud olan folklor yaradıcılığı problemlərinin spesifikasına, informasiya və kommunikasiya texnologiyalarının inkişafı kontekstində folklorun keçirdiyi dəyişikliklərə həsr olunmuşdur. O, əsərdə virtual mühitdə formalaşan yeni ənənənin xüsusiyyətləri və kommunikativ münasibətlərin analizinin də diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Eyni zamanda, Simon J. Bronner sosial şəbəkədə Səfa Qarayevi filologiya elmləri doktoru adını alması münasibətilə təbrik edib, onun folklorda metaforik düşüncənin psixoanalitik semantikası istiqamətində apardığı tədqiqatları, əldə etdiyi mühüm elmi nailiyyətləri yüksək qiymətləndirib:

“Dissertasiyanın tədqiqat obyekti geniş və zəngin material bazasına malik olan Azərbaycan folklorudur. Dissertasiyada folklora sosial-mədəni kontekstdə yanaşma onun filoloji baxımdan görünməyən zənginliyini və funksional xarakterini üzə çıxarır. Tədqiqatın obyekti, birbaşa müxtəlif sosial kommunikasiya formaları - nağıllar, dastanlar, lətifələr, atalar sözləri, bayatılar və s. kimi nəzərdən keçirilən Azərbaycan folklorunun zəngin mətn korpusudur”.

Qeyd edək ki, hər iki alim – həm Hikmət Quliyev, həm də Səfa Qarayev professor Simon J. Bronner ilə sosial şəbəkə üzərindən mütəmadi olaraq Azərbaycan folkloru, mədəniyyəti, bu sahədə aparılan yeni tədqiqatlar və əldə olunan mühüm elmi nailiyyətlərə dair müzakirələr aparmış, onun elmi işlərinə istinad etmişlər.

Gənc yaşda elmlər doktoru elmi dərəcəsinə layiq görülən azərbaycanlı alimlərin folklor sahəsində apardıqları multidissiplinar tədqiqatların dünya miqyasında maraqla qarşılanması, tanınmış alimlərin diqqətini cəlb etməsi AMEA-da müasir elmi çağırışlara cavab verən araşdırmaların aparıldığını bir daha təsdiqləyir.

Hər iki alimimizi əlamətdar elmi nailiyyətləri münasibətilə bir daha təbrik edir, onlara Azərbaycan elminin inkişafı yolunda tükənməz yaradıcılıq enerjisi və gələcək elmi fəaliyyətlərində uğurlar diləyirik!

İnanırıq ki, AMEA-da humanitar və ictimai elmlərin prioritetlərinin dünyanın qabaqcıl elmi məktəblərinin intellektual çağırışlarına uyğunlaşdırılması istiqamətində aparılan tədqiqatlar bundan sonra da inkişaf edəcək, beynəlxalq elmi mühitdə Azərbaycan folklorşünaslıq elminin nüfuzu daha da artacaq. Bu isə, bütövlükdə ölkə elminin qlobal elmi mühitə inteqrasiyasına mühüm töhfə verəcəkdir.

XƏBƏR LENTİ
16 IYUN 2026
Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Neft ucuzlaşmağa davam edir 09:27 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 Bütün Xəbərlər