Sosial media uşaqlar üçün təhlükəyə çevrilir? - AÇIQLAMA

Sosial media uşaqlar üçün təhlükəyə çevrilir? - AÇIQLAMA
09.02.2026 15:04 Elm və Təhsil

"Sosial media sadəcə əyləncə platforması deyil, eyni zamanda uşağın psixologiyası, davranışı, düşüncə tərzi və hətta aqressiyasına birbaşa təsir edən güclü təsir mexanizmidir".

Bu fikirləri Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli TodayPress TV-yə Türkiyədə uşaqlar üçün sosial mediaya qoyulan məhdudiyyəti şərh edərkən deyib. 


Onun sözlərinə görə, uşaq nə qədər kiçik yaşdadırsa, gördüyünü analiz edib “doğru-yanlış” süzgəcindən keçirmək qabiliyyəti bir o qədər zəif olur. Bu da onu manipulyasiyaya, zorakılıq məzmununa və aqressiv davranışların normallaşmasına daha açıq edir:

"Azərbaycanda da bu tip məhdudiyyətlərin gündəmə gəlməsi mümkündür. Çünki bizdə də artıq məktəblərdə uşaqların davranışında aqressiyanın artması, müəllim-şagird münasibətlərində sərtlik, valideyn nəzarətinin zəifləməsi və virtual aləmin real həyatı əvəz etməsi kimi problemlər hiss olunur. Sosial media uşağa “hər şey normaldır” mesajı verir, halbuki normal olmayan davranışlar, zorakılıq, təhqir, silah görüntüləri və təhlükəli çağırışlar adi bir trend kimi təqdim edilir".

Ekspert yaxın günlərdə baş verən və cəmiyyəti sarsıdan hadisəni xatırladaraq əlavə edib ki, bu kimi hadisələr tək bir səbəbdən yaranmır, amma həmin uşağın sosial mediada paylaşdığı və "repost" etdiyi məzmunlara baxanda orada zorakılıq və aqressiya mövzularının ciddi şəkildə yer aldığı görünür:

"Bu, sosial medianın uşağın düşüncəsinə necə təsir etdiyini göstərən real və acı bir nümunədir. Yəni məsələ təkcə telefon, internet və ya “uşaq vaxt keçirir” məsələsi deyil, uşağın şüuraltına nə yükləndiyi məsələsidir.

Amma burada diqqətli olmalıyıq: sosial mediaya tam qadağa problemi tam həll etmir. Əsas məsələ düzgün yaş məhdudiyyəti, valideyn nəzarəti, platformaların məsuliyyəti və məktəblərdə rəqəmsal savadlılıq təhsilinin gücləndirilməsidir. Dövlət müəyyən yaşa qədər sosial şəbəkələrə girişə limit qoymaqla yanaşı, eyni zamanda uşaqları qoruyan mexanizmləri də qurmalıdır. Çünki qadağa yalnız texniki addımdır, tərbiyə isə sistemli yanaşma tələb edir".

Əmrah Həsənlinin fikrincə, Azərbaycanda bu istiqamətdə müəyyən addımlar atılacaq. Çünki artıq cəmiyyət də anlayır ki, uşağı yalnız məktəb tərbiyə etməməlidir, yalnız valideyn də təkbaşına bunun öhdəsindən gələ bilməz.

O vurğulayıb ki, dövlət, ailə, məktəb və sosial platformalar birlikdə məsuliyyət daşımalıdır. Əks halda bu gün sosial mediada gördüyü zorakılığı “trend” sayan uşaq sabah onu real həyatda təkrarlamağa da meyilli ola bilər.


"Bu səbəbdən Türkiyədəki təşəbbüs sadəcə qanun dəyişikliyi deyil, gələcək nəsli qoruma refleksidir və Azərbaycanda da oxşar mexanizmlərin müzakirə olunması tamamilə real görünür", - deyə o, fikrini tamamlayıb.

Qeyd edək ki, Türkiyədə 15 yaşa qədər uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək. Bu barədə qanun layihəsi yaxın günlərdə Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq.

Qanun qəbul edilərsə, valideynlərinin icazəsi olsa belə uşaqlar sosial şəbəkələrə daxil ola bilməyəcək.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 All News