Şişirdilmiş rəqəmlər, boş qalan yerlər və “beyin köç”ləri – Ölkədə magistraturaya maraq niyə azalıb?

Şişirdilmiş rəqəmlər, boş qalan yerlər və “beyin köç”ləri – Ölkədə magistraturaya maraq niyə azalıb?
21.08.2025 12:14 Elm və Təhsil

“Elm və Təhsil Nazirliyi nə maarifləndirmə işləri aparır, nə tələbələrin maraqlarını öyrənir, nə də gələcəyə dair proqnoz verir. Dövlət sifarişli yerlər isə yalnız rəqəmlərin şişirdilməsindən ibarətdir. Çünki reallıq bunun tam əksini iddia edir. Sadəcə statistik manipulyasiya ilə gənclərin motivasiya itkisini görməzdən gəlirlər. Bu yanaşma dəyişməsə, magistratura pilləsi Azərbaycanın ali təhsil sistemində ən zəif həlqə olaraq qalacaq”.  

Təhsil eksperti Kamran Əsədov bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, 2025-ci il üzrə magistraturaya qəbul imtahanlarının nəticələri problemin miqyasını açıq şəkildə göstərir. Hər iki yerləşdirmə mərhələsinin yekununda 3700-dən çox boş yer qalıb ki, bunların təxminən 1100-ü dövlət sifarişli yerlərdir. 

Növbəti mərhələdə isə 4300 boş yer (1200-ü dövlət sifarişi) üçün cəmi 1408 nəfər müraciət edib, onlardan yalnız 617 nəfər qəbul olunub. Bu statistika gənclərin təklif olunan təhsil imkanları ilə maraqları arasında kəskin uyğunsuzluq olduğunu göstərir.

“Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 15-ci maddəsinə görə, magistratura mütəxəssislərin elmi və peşəkar hazırlığını təmin etməlidir. Lakin hazırkı vəziyyət göstərir ki, bu norma yalnız kağız üzərində qalır. Əmək Məcəlləsində və dövlət orqanlarının işə qəbul qaydalarında magistr diplomuna əlavə imtiyazların nəzərdə tutulmaması abituriyentlərin motivasiyasını tamamilə öldürür”. 

Mütəxəssis bildirib ki, hər il minlərlə dövlət sifarişli yer ayrılsa da, bu yerlər dolmur. Bu, həm büdcə vəsaitlərinin planlaşdırılmasında israfçılığa, həm də təhsil siyasətində effektivliyin olmamasına dəlalət edir. Hazırda magistr proqramlarının məzmuna əsaslanan deyil, forma yönümlü şəkildə tərtib edilməsi, elmi-tədqiqat komponentinin zəifliyi, gənclərin bu pillədən karyera baxımından real fayda gözləməməsinə səbəb olur.

Bununla yanaşı, o vurğulayıb ki, marağın azalması həm də cəmiyyətin dəyişən təfəkkürünün təzahürüdür. 

Ekspert Azərbaycandakı vəziyyəti digər ölkələrlə müqayisə edərək bildirib:

“Almaniya və Niderlandda magistratura ixtisaslaşma və elmi tədqiqat yönümlüdür. ABŞ-də MBA və digər proqramlar karyera yüksəlişi üçün həlledici mərhələ sayılır. Skandinaviya ölkələrində isə magistr təhsili dövlətin innovasiya siyasətinin əsas dayağıdır. Azərbaycanda isə bu pillə sadəcə formal mərhələ kimi təqdim olunur və iş imkanlarına ciddi təsir etmir. Bu səbəbdən çoxları xaricdə magistratura oxumağa üstünlük verir”. 

O xəbərdarlıq edib ki, əgər vəziyyət dəyişməsə, boş qalan yerlərin sayı artacaq, dövlət sifarişli yerlər də öz əhəmiyyətini itirəcək. 

K.Əsədov vəziyyətdən çıxış yolu kimi bir sıra təkliflər irəli sürüb:

“Dövlət sifarişli yerlərin planlaşdırılması əmək bazarının real ehtiyaclarına əsaslanmalı, magistr proqramları elmi-tədqiqat və innovasiya yönümlü olmalı, işə qəbul qaydalarında magistr diplomuna əlavə üstünlüklər nəzərdə tutulmalıdır. Əgər bu addımlar atılmazsa, magistratura pilləsi nə tələbə üçün, nə də dövlət üçün səmərəli bir model olmayacaq”, - deyə o fikrini sonlandırıb. 

Aysel Mətləb

FOTOLAR

Şişirdilmiş rəqəmlər, boş qalan yerlər və “beyin köç”ləri – Ölkədə magistraturaya maraq niyə azalıb? — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Bütün Xəbərlər