Şəhid qızı Sumqayıtda bu məktəbə direktor təyin olundu

Şəhid qızı Sumqayıtda bu məktəbə direktor təyin olundu
27.02.2026 03:44 Elm və Təhsil

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbinə yeni direktor təyin olunub.

TodayPress TV xəbər verir ki, bu vəzifəyə Mehdiyeva Zaminə Bəhmən qızı təyin edilib. Zaminə Mehdiyeva ixtisasca biologiya müəllimidir və pedaqoji fəaliyyətinə 2015-ci ildən başlayıb.

Qeyd edək ki, Zamniə Mehdiyevanın babası Qubadlı rayonu Novlu kənd sovetinin sədri Mehdiyev Mehdi Qasım oğlu 1989-cu ildə ermənilər tərəfindən əsir götürülərək 4 aydan sonra vəhşicəsinə qətlə yetirilmiş və Qubadlının ilk şəhidlərindən biri olmuşdur.

Atası, tarix müəllimi Mehdiyev Bəhmən Mehdi oğlu atasının ölümündən sonra polis sıralarına qoşulmuş, könüllü olaraq torpaqlarımızın müdafiəsində iştirak edərək döş nişanı və medallarla təltif olunmuş, 26 oktyabr 1992-ci ildə Basarat kəndinin Topağac yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuş və ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülmüşdür.

Zaminə Mehdiyevanın qardaşı hüquqşünas Mehdiyev Zamin Bəhmən oğlu Vətən müharibəsində yaralanmış, ”Cəbrayılın azad olunmasına görə“, ”Vətən müharibəsi iştirakçısı“ və “Vətən uğrunda“ medalları ilə təltif edilmişdir.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazandı - YENİLƏNDİ 15:10 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 All News