Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir

Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir
12.08.2025 15:14 Elm və Təhsil

Xankəndi şəhərində Qarabağ Universiteti, Türk Akademiyası və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə 7-ci Türkoloji Yay Məktəbinə start verilib.

TodayPress TV xəbər verir ki, bu barədə Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. 

Proqramın əsas məqsədi türkoloji tədqiqat sahəsində gənc alimlərin elmi potensialını gücləndirmək, müxtəlif ölkələrdən gələn iştirakçılar arasında qarşılıqlı bilik və təcrübə mübadiləsini təşviq etmək, müasir elmi yanaşmaların və praktik tədqiqat metodlarının öyrənilməsinə imkan yaratmaqdır.

2025-ci ilin 10-17 avqust tarixlərində keçirilən Yay Məktəbi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan, Şimali Kipr və Makedoniyadan olan 32 gənc alim və doktorant bir həftə ərzində türkologiyanın müxtəlif istiqamətləri – dilçilik, ədəbiyyatşünaslıq, tarix, etnoqrafiya və mədəniyyət araşdırmaları üzrə intensiv dərslərdə iştirak edir. Tədris prosesi 5 ölkədən – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan dəvət olunmuş 15 tanınmış alim və mütəxəssisin iştirakı ilə həyata keçirilir.

Yay Məktəbi müddətində türkologiyanın müvafiq istiqamətləri üzrə elmi yanaşmaların bölüşülməsi, tədqiqat təcrübələrinin paylaşılması, eləcə də müvafiq mövzularda elmi diskussiyaların aparılması nəzərdə tutulur. Bu tədbir həm iştirakçı ölkələr arasında mövcud elmi əlaqələrin möhkəmləndirilməsinə, həm də Türk dünyasının ortaq elmi gələcəyinin formalaşmasına dəstək göstərilməsinə xidmət edir.

Yay Məktəbinin Xankəndi şəhərində keçirilməsi, Qarabağ Universitetinin müəllim və doktorantlarının da proqramda təmsil olunması 7-ci dəfə təşkil olunan tədbirə xüsusi dəyər qatır.

7-ci Türkoloji Yay Məktəbinin açılış mərasimi 11 avqust 2025-ci il tarixində Qarabağ Universitetində baş tutub.

Tədbirin açılışında Qarabağ Universitetinin rektoru Şahin Bayramov iştirakçıları salamlayaraq, belə nüfuzlu və davamlı bir layihənin Qarabağ Universitetində keçirilməsinə görə bütün tərəfdaş qurumlara təşəkkürünü bildirib. O, 44 günlük Vətən müharibəsi və sonrakı antiterror əməliyyatları nəticəsində Azərbaycanın tarixi ədaləti bərpa edərək suverenliyini təmin etməsindən sonra Qarabağda həyata keçirilən quruculuq işlərinin ən mühüm nümunələrindən birinin Qarabağ Universitetinin yaradılması olduğunu vurğulayıb. Rektor qeyd edib ki, bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm və təhsilin inkişafına verdiyi yüksək dəyərin bariz göstəricisidir. Şahin Bayramov çıxışında həmçinin bildirib ki, uzun illər işğal altında qalmış torpaqların azad edilməsindən sonra Qarabağ yalnız iqtisadi və sosial baxımdan deyil, eyni zamanda elmi və mədəni potensialı ilə də dirçəlir. Onun sözlərinə görə, Qarabağ Universiteti təkcə ali təhsil müəssisəsi kimi deyil, həm də regionun elmi-intellektual mərkəzinə çevrilmək istiqamətində mühüm addımlar atır. Rektor vurğulayıb ki, Qarabağın bənzərsiz təbiəti, zəngin tarixi irsi və strateji coğrafi mövqeyi buranı Türk dünyası üçün əhəmiyyətli bir elmi əməkdaşlıq platformasına çevirir. O əlavə edib ki, Qarabağ Universitetinin missiyası yalnız yüksək ixtisaslı kadrlar yetişdirmək deyil, həm də ortaq dəyərləri, milli-mənəvi irsi və dövlətçilik ənənələrini gələcək nəsillərə ötürməkdir. Onun fikrincə, bu ali məktəb Türk dünyası üçün intellektual körpü rolunu oynayaraq birgə inkişafın elmi bazasını formalaşdıracaq. Şahin Bayramov vurğulayıb ki, elm və təhsil sahəsində inteqrasiya, ortaq tarixi köklərimiz üzərində möhkəmlənmiş strateji əməkdaşlığın ən etibarlı təminatıdır.

Universitet haqqında ətraflı məlumat verən Şahin Bayramov, tədbirin Qarabağ Universitetinin Türk dünyasında tanınmasına, Türk dövlətlərinin alimləri və gənc tədqiqatçıları arasında elmi əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini bildirib. O, Yay Məktəbinin ali təhsil müəssisələri arasında yeni tərəfdaşlıq imkanları yaradacağına inandığını ifadə edərək iştirakçılara uğurlar arzulayıb.

Türk Akademiyasının Prezidenti Şahin Mustafayev çıxışında 7-ci Türkoloji Yay Məktəbinin Azərbaycanın müqəddəs torpaqlarında – tarixi zəfərin rəmzi olan Qarabağda, Xankəndində yerləşən Qarabağ Universitetində keçirilməsini böyük qürur və xoşbəxtlik kimi qiymətləndirdiyini qeyd edib. Tarixi fakt və hadisələrə toxunan Şahin Mustafayev, Qarabağın tarixən elmin, mədəniyyətin və incəsənətin beşiyi olduğunu vurğulayıb. O, builki Yay Məktəbini ortaq tarixi köklərə, dilə, mədəniyyətə və kimliyə sahib olan Türk dünyasının elmi inteqrasiyasını gücləndirən, qarşılıqlı anlaşmanı və bilik mübadiləsini təşviq edən mühüm akademik platforma kimi dəyərləndirib. “Türkoloji Yay Məktəbi təkcə nəzəri və metodoloji biliklərin paylaşılması deyil, həm də ortaq elmi irsin qorunması, gələcək nəsillərə ötürülməsi və davamlı əməkdaşlıq şəbəkələrinin qurulması baxımından əhəmiyyətli təşəbbüsdür”, – deyə o əlavə edib.

Türkiyə Elmlər Akademiyasının Prezidenti Müzəffər Şəkər də çıxışında iştirakçıları salamlayaraq Qarabağ Universitetində olmaqdan məmnunluq hissi keçirdiyini bildirib. O, gənc tədqiqatçıların Yay Məktəbi çərçivəsində quracaqları elmi əlaqələrin Türk dünyasının elmi potensialını zənginləşdirəcəyini və uzunmüddətli əməkdaşlıqlar üçün möhkəm zəmin yaradacağını vurğulayıb. Müzəffər Şəkər elm, təhsil və tədqiqatın ölkələrimizin və xalqlarımızın gələcəyi üçün həlledici əhəmiyyət daşıdığını qeyd edib.

Tədbir elmi çıxışlarla davam edib və Qarabağ Universitetinin İncəsənət fakültəsinin əməkdaşlarının musiqi ifası ilə yekunlaşıb. 7-ci Türkoloji Yay Məktəbi avqustun 16-dək davam edəcək.

Qarabağ Universiteti gələcəkdə də Türk Akademiyası və Türkiyə Elmlər Akademiyası ilə birgə layihələr həyata keçirilməsi, ortaq irsin araşdırılması və Türk birliyinin güclənməsinə töhfə verən milli-mənəvi dəyərlərin gənc nəsillərə ötürülməsi istiqamətində mühüm təşəbbüslərə imza atmağı planlaşdırır.

Yay Məktəbi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilati dəstəyi ilə həyata keçirilir.

Qeyd edək ki, Türkoloji Yay Məktəbi indiyədək Türkiyə, Qırğızıstan və Qazaxıstanda təşkil olunub.

FOTOLAR

Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir — 1
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir — 2
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir — 3
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir — 4
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir — 5
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir — 6
XƏBƏR LENTİ
16 IYUN 2026
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 Bütün Xəbərlər