Hərbi möhlət, yoxsa “bəhanə yeri” ? - Doktorantlara XƏBƏRDARLIQ

Hərbi möhlət, yoxsa “bəhanə yeri” ? - Doktorantlara XƏBƏRDARLIQ
02.02.2026 11:39 Elm və Təhsil

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna əsasən, əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alan şəxslərə təhsillərini başa çatdıranadək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.

Bu imkanın bəzi gənclər tərəfindən hərbi xidmətdən yayınmaq üçün istifadə edilib-edilməməsi isə suallar yaradır.  

Mövzu ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, qanunvericiliyin verdiyi bu hüquq bəzən yanlış şərh olunur və bütün doktorantları eyni mövqedə göstərmək düzgün deyil.


Onun sözlərinə görə, bəzi hallarda bu imkandan sui-istifadə edənlər olsa da, bunu bütün oğlan tələbələrə aid etmək olmaz: 

"Doktorantura təhsili alanların əhəmiyyətli hissəsi məhz elmi tədqiqat aparmaq, ixtisasları üzrə dərinləşmək və elmi fəaliyyətlərini fasiləsiz şəkildə davam etdirmək istəyən şəxslərdir. Onlar üçün əsas məqsəd hərbi xidmətdən yayınmaq yox, elmi işlərini yarımçıq qoymamaqdır. Hətta elə gənclər var ki, hərbi xidməti əvvəlcə keçib, daha sonra elmi fəaliyyətə qayıtmağı üstün tuturlar. Bu da göstərir ki, doktorantura seçimi hər zaman möhlət məsələsi ilə bağlı deyil".

Təhsil eksperti vurğulayıb ki, hər ali təhsil məzunu doktoranturaya maraq göstərmir. Bəziləri bakalavr təhsili ilə kifayətlənir, bəziləri magistraturanı bitirdikdən sonra təhsili davam etdirmir. Doktorantura isə daha çox elmi istiqamətdə marağı və məqsədi olan şəxslərin seçimidir: 

"Bəli, müəyyən sayda gənc doktorantura təhsilini hərbi xidmətdən yayınmaq üçün bir vasitə kimi görə bilər. Lakin bu hallar ümumi mənzərəni əks etdirmir və böyük əksəriyyət üçün doktorantura sırf elmi fəaliyyətlə bağlı şüurlu seçimdir. Doktorantlara verilən hərbi möhlət hüququnun mövcudluğu avtomatik olaraq onun “bəhanə yeri” kimi dəyərləndirilməsi anlamına gəlmir və məsələyə fərdi yanaşmaq daha düzgün olardı", - deyə Elçin Əfəndi fikrini sonlandırıb.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 All News