Emin Əmrullayev "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşdü

Emin Əmrullayev "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşdü
13.02.2026 12:14 Elm və Təhsil

Elm və təhsil naziri Emin Əmrullayev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri Orxan İsgəndərov və İnsafəli Səmədovla növbəti dəfə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə qaliblərin peşəkar inkişaf perspektivləri, dövlət idarəçiliyində və təhsil sahəsində kadr potensialının gücləndirilməsi istiqamətində görülən işlər müzakirə olunub.

Nazir çıxışında gənc və perspektivli peşəkarların ölkənin inkişafında mühüm rol oynadığını vurğulayıb:

"Müasir dövrdə təşəbbüskar, innovativ düşüncəyə malik və yüksək məsuliyyət hissi daşıyan kadrların formalaşdırılması strateji prioritetdir".

Qaliblər mentorluq proqramı çərçivəsində qazandıqları təcrübə, əldə etdikləri bilik və bacarıqlar barədə fikirlərini bölüşüblər.

Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

TodayPress TV

PHOTOS

Emin Əmrullayev "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşdü — 1
Emin Əmrullayev "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşdü — 2
Emin Əmrullayev "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşdü — 3
Emin Əmrullayev "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşdü — 4
NEWS FEED
16 JUNE 2026
İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 All News