“Elm və təhsil yeniliklərinin media təqdimatı” mövzusunda təlim keçirildi

“Elm və təhsil yeniliklərinin media təqdimatı” mövzusunda təlim keçirildi
28.10.2025 11:15 Elm və Təhsil

24–25 oktyabr 2025-ci il tarixlərində Elm və Təhsil Nazirliyi tərəfindən media nümayəndələri üçün “Elm və təhsil yeniliklərinin media təqdimatı” mövzusunda iki günlük təlim təşkil olunub. 

TodayPress TV xəbər verir ki, təlimin məqsədi elm və təhsil sahəsində həyata keçirilən islahatların, yeniliklərin və strateji istiqamətlərin media müstəvisində düzgün təqdimatı bacarıqlarının artırılması, həmçinin təhsil jurnalistikasının inkişafına dəstək vermək olub.

Proqram çərçivəsində media nümayəndələri üçün dörd panel sessiya təşkil edilib.

Birinci paneldə Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri Leyla Xəlilova Rzazadə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda elm və təhsil hədəfləri və nailiyyətlər mövzusunda təqdimatla çıxış edib.

İkinci paneldə elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu məktəbəqədər və ümumi təhsil sahəsində yeniliklər, beynəlxalq qiymətləndirmələr və monitorinqlər barədə məlumat veriblər.

Təlimin üçüncü panelində Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rektoru Almaz Mahmud “Elm və təhsil mediada: təhsil jurnalistikası” mövzusunda təqdimatla çıxış edib.

Təlimin ikinci günündə “Elm və ali təhsil sahəsində hədəflər” mövzusunda panel sessiyası təşkil edilib. Sessiyada Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman bu istiqamətdə görülən işlər və prioritetlər barədə məlumat verib.

Panel müzakirələrindən sonra elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə media ilə əməkdaşlığın əhəmiyyəti, ictimaiyyətlə açıq və şəffaf kommunikasiya mexanizmlərinin gücləndirilməsi istiqamətində fikir və təkliflər müzakirə olunub.

Təlim proqramı iştirakçılara sertifikatların təqdim edilməsi ilə yekunlaşıb.

TodayPress TV

FOTOLAR

“Elm və təhsil yeniliklərinin media təqdimatı” mövzusunda təlim keçirildi — 1
“Elm və təhsil yeniliklərinin media təqdimatı” mövzusunda təlim keçirildi — 2
XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Bütün Xəbərlər