Ekspert: "Yeni tələb regiondakı şagirdlərə çətinlik yaradacaq"

Ekspert: "Yeni tələb regiondakı şagirdlərə çətinlik yaradacaq"
09.02.2026 17:32 Elm və Təhsil

"Attestat imtahanında ingilis dili fənni üzrə tətbiqi nəzərdə tutulan 100 sözdən ibarət esse ilk növbədə şagirdlərin dil bacarıqlarının daha obyektiv qiymətləndirilməsinə xidmət edir". 

Bu fikirləri TodayPress TV-yə açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.


Onun sözlərinə görə, esse yazısı şagirdin yalnız qrammatika və söz ehtiyatını deyil, eyni zamanda fikrini ingilis dilində məntiqi şəkildə ifadə etmə, arqument qurma və yazı mədəniyyətini də üzə çıxarır.

"Şagirdin dil bacarıqlarını daha real, funksional və kommunikativ kontekstdə ölçməkdir. Yazı tapşırığı iştirakçıların strukturlaşdırılmış yazı bacarığını yoxlamağa yönəlib və əsas məqsəd şagirdin fikirlərini məntiqli ardıcıllıqla ifadə etmə qabiliyyətini ön plana çıxarmaqdır. Esse tələbi şagirdləri mexaniki əzbərdən uzaqlaşdıraraq daha yaradıcı düşünməyə təşviq edəcək. Bu da gələcəkdə ali təhsil və beynəlxalq imtahanlara (IELTS, TOEFL və s.) hazırlıq baxımından müsbət addımdır".

Ekspert vurğulayıb ki, dünyada bir çox ölkələrdə dil biliklərinin qiymətləndirilməsində yazı bacarığı əsas meyarlardan biridir və Azərbaycan da bu baxımdan beynəlxalq təcrübəyə yaxınlaşır.


"Təəssüf ki, hazırda bütün məktəblərdə ingilis dili tədrisinin səviyyəsi eyni deyil. Xüsusilə region məktəblərində şagirdlərin esse yazmaq bacarığı üçün yetərli baza formalaşmayıbsa, bu, müəyyən çətinliklər yarada bilər. Müəllim hazırlığı, metodika və dərsliklər bu tələblə uyğunlaşdırılmalıdır".

Rizvan Fikrətoğlu əlavə edib ki, bu dəyişiklik uzunmüddətli perspektivdə müsbətdir, lakin keçid dövründə, yəni ilk 1-2 il ərzində nəticələrdə eniş-yoxuşlar müşahidə oluna bilər. Burada müəllim hazırlığı və məktəblərin imkanları həlledici rol oynayacaq.

Qeyd edək ki, 2027-ci ildən 11 illik təhsil səviyyəsində buraxılış imtahanlarında ingilis dili fənni üzrə (yazı bacarıqlarını yoxlamaq üçün) təxminən 100 sözdən ibarət esse (yazı işi) tətbiq edilməsi nəzərdə tutulur. 

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 All News