Ekspert: “Dərsliklər şagirdlərin yaşına uyğun deyil”

Ekspert: “Dərsliklər şagirdlərin yaşına uyğun deyil”
10.12.2025 15:21 Elm və Təhsil

Təhsil naziri Emin Əmrullayevin “Azərbaycan tarixi dərsliklərinin dili şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil” açıqlamasından sonra tarix və biologiya fənləri üzrə yeni dərsliklərin hazırlanacağı bildirilib.


Məsələ ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, problem yalnız iki fənlə məhdudlaşmır, ümumilikdə orta məktəb proqramlarında ciddi uyğunsuzluqlar var:

"Tarix və biologiya yox, mənə görə, əksər fənlərdə proqramlar ciddi şəkildə dəyişməlidir. Xüsusilə yuxarı siniflərdə vəziyyət yaxşı deyil. Proqramın qəbul imtahanına uyğunlaşdırılması mütləqdir. Hal-hazırda yuxarı sinif şagirdlərinin məktəbdən yayınmasının əsas səbəbi də budur".


Ekspert əlavə edib ki, bir çox fənlər üzrə yuxarı siniflərdə tədris olunan mövzular ümumi qəbul proqramının çox kiçik hissəsini təşkil edir:

"Məsələn, 10-11-ci sinifdə riyaziyyat fənninin sadəcə 5-10 faizi tədris olunur. Azərbaycan dili fənnində də eyni vəziyyətdir. Qalan mövzular aşağı siniflərə paylanıb. 5-ci sinifdə keçilən mövzunu 11-ci sinifdə şagird xatırlamır. Bu səbəbdən uşaqlar məktəbdən yayınır, kənar hazırlığa üz tutur".

Ramin Nurəliyev qeyd edib ki, dərsliklərin çətinliyi şagirdləri əlavə hazırlığa məcbur edir:

"5-ci sinifin dərsliyinə baxırsan ki, sinif səviyyəsinə uyğun deyil. 6-cı sinifdə də eyni vəziyyətdir. İbtidai sinif dərslikləri isə ümumiyyətlə həddindən artıq çətindir. Bu çətinliklərə görə şagirdlər əlavə dəstək almağa məcbur olur. Repetitorluğun əsas səbəbi də budur".


Onun sözlərinə görə, kurikulum sistemi tətbiq edilərkən proqramlar həddindən artıq ağırlaşdırılıb və bu da nəticədə şagirdlərin məktəbdən uzaqlaşmasına gətirib çıxarıb. Ekspert çıxış yolunu proqramların köklü şəkildə yenilənməsində görür:

"Mütləq bütün fənlər üzrə proqram sadələşdirilməlidir. Yuxarı siniflərdə isə ali məktəbə qəbul proqramına uyğunlaşdırmaq vacibdir. Əks halda, eyni problemlər davam edəcək. Həmçinin imtahan və tədris sistemi illərdir getdikcə çətinləşdirilir, lakin bu, təhsilin keyfiyyətini artırmır. Biz çətinləşdirməklə heç nə öyrətmirik, əksinə, problemləri artırırıq. Ona görə də hər bir fənn üzrə proqram yenilənməli, daha səmərəli və əlçatan edilməlidir".

R.Nurəliyev hesab edir ki, sadələşdirilmiş və uyğunlaşdırılmış proqramlar tətbiq olunsa, həm şagirdlərin məktəbə marağı artar, həm də təhsildə real nəticələr əldə edilər.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 All News