Bəhruz Əzimov: “Hazırda TTK üzrə tərəfdaş bank kimi yalnız Kapital Bank fəaliyyət göstərir”

Bəhruz Əzimov: “Hazırda TTK üzrə tərəfdaş bank kimi yalnız Kapital Bank fəaliyyət göstərir”
25.12.2025 11:42 Elm və Təhsil

“Hazırda təhsil kreditlərinin rəsmiləşdirilməsi yalnız Kapital Bank vasitəsilə həyata keçirilir”.

TodayPress TV xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov qurumun 4 illik fəaliyyətinə dair hesabat tədbirində banklarla əməkdaşlıq məsələsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, bunun əsas səbəbi banklarla əməkdaşlıq üçün müəyyən edilmiş texniki və institusional tələblərdir.

Sədr bildirib ki, tərəfdaş bank seçimi zamanı əsas meyarlardan biri bankın ölkə üzrə reytinq göstəricilərinin müəyyən səviyyədən aşağı olmaması, digəri isə tam rəqəmsal, onlayn kredit rəsmiləşdirmə infrastrukturuna malik olmasıdır.

Bəhruz Əzimovun sözlərinə görə, hazırda bu tələblərə cavab verən yeganə bank Kapital Bankdır və məhz bu səbəbdən əməkdaşlıq həmin bankla qurulub.

O əlavə edib ki, gələcək mərhələlərdə digər banklarla da əməkdaşlıq imkanlarına baxılacaq və tələb olunan şərtləri ödəyən banklarla prosesin genişləndirilməsi nəzərdə tutulur.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 All News