BDU ilə Corc Vaşinqton Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olundu

BDU ilə Corc Vaşinqton Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olundu
02.06.2025 11:43 Elm və Təhsil

Bakı Dövlət Universitetində (BDU) ABŞ-ın Corc Vaşinqton Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib. 

Bu barədə TodayPress TV-yə BDU-dan bildirilib. 

Görüşdə BDU-nun rektoru Elçin Babayev, rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov, Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı üzrə Məktəbinin dekanı Maykl Feuer və universitetin nümayəndəsi Sevinc Məmmədova iştirak ediblər. 

Tərəflər görüş zamanı təhsil və elm sahəsində əməkdaşlıq perspektivlərini, birgə elmi-tədqiqat layihələrinin icrasını, tələbə və müəllim mübadiləsini, eləcə də doktorantura proqramları çərçivəsində ortaq fəaliyyət imkanlarını müzakirə ediblər.

Görüş zamanı universitetlər arasında ikili diplom proqramlarının təşkili məsələsi də diqqət mərkəzində olub. 

Rektor Elçin Babayev Corc Vaşinqton Universiteti ilə əməkdaşlığın BDU-nun beynəlxalq əlaqələrinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

O, iki universitet arasında mövcud olan elmi potensialın birgə layihələrə töhfə verəcəyinə inandığını bildirib.

XƏBƏR LENTİ
31 IYUL 2026
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Bütün Xəbərlər