Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə maarifləndirici görüşlər davam edir

Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə maarifləndirici görüşlər davam edir
23.05.2025 18:15 Elm və Təhsil

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə 22 may 2025-ci il tarixində Bakı şəhər Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbində Bakı şəhər Mədəniyyət Baş İdarəsinin və 23 may tarixində Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin xalq çalğı alətləri (tar, kamança, qarmon, nağara, qanun, saz, balaban) və xanəndəlik ixtisasları üzrə təhsilverənləri üçün attestasiya proqramının daha geniş izah edilməsi və sualların cavablandırılması məqsədilə növbəti görüş keçirilib.

TodayPress TV xəbər verir ki, sözügedən görüşlərdə 600-ə yaxın müəllim iştirak etmiş və peşəkar mütəxəssislər tərəfindən qeyd olunan ixtisaslar üzrə musiqi əsərlərinin təhlili, ifası, qammalar, həmçinin musiqi nəzəriyyəsi ixtisası üzrə nəzəri və təcrübi biliklər, musiqi ədəbiyyatı, üzdən oxu və  dinləmə materiallarına dair diqqət edilməli məqamlar müzakirə edilmiş, auditoriyanı maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılmışdır.

Bu cür maarifləndirici görüşlərin ölkənin digər regionlarında da davamlı olaraq təşkili nəzərdə tutulur.

FOTOLAR

Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə maarifləndirici görüşlər davam edir — 1
Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə maarifləndirici görüşlər davam edir — 2
Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə maarifləndirici görüşlər davam edir — 3
Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə maarifləndirici görüşlər davam edir — 4
Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə maarifləndirici görüşlər davam edir — 5
Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə maarifləndirici görüşlər davam edir — 6
Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə maarifləndirici görüşlər davam edir — 7
Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə maarifləndirici görüşlər davam edir — 8
Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə maarifləndirici görüşlər davam edir — 9
XƏBƏR LENTİ
01 AVQUST 2026
MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 Bütün Xəbərlər