ADA Universitetinin nümayəndə heyəti ABŞ-yə səfər etdilər

ADA Universitetinin nümayəndə heyəti ABŞ-yə səfər etdilər
22.05.2025 15:13 Elm və Təhsil

ADA Universitetinin ikili diplom proqramları üzrə Rəhbər Komitəsinin üzvləri 12–16 may tarixlərində ABŞ-yə işgüzar səfər ediblər.

TodayPress TV xəbər verir ki, səfər ADA Universiteti və ABŞ-nin Corc Vaşinqton Universiteti ("GWU") arasında mövcud əməkdaşlığın qiymətləndirilməsi, qarşıdakı illər üçün tələbə qəbulu və təbliğat fəaliyyətlərinin müzakirəsi, müəllim heyətinin inkişafı və yeni akademik təşəbbüslərin nəzərdən keçirilməsi məqsədi daşıyıb.   

Nümayəndə heyətinin üzvləri ADA Universitetinin prorektorları Elkin Nurməmmədov və Günay Ziyadova, İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin dekanı Abzatdin Adamov, Elm və Təhsil Nazirliyinin müşaviri Nicat Məmmədli, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov və Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalovadan ibarət olub.   

Səfər çərçivəsində nümayəndələr “GWU”nun Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı Con Lak da daxil olmaqla tərəfdaş universitetin akademik heyəti ilə bir sıra görüşlər keçiriblər.

Tərəflər birgə proqramların hazırkı vəziyyəti, tədris keyfiyyəti və davamlılığı, eləcə də tələbə qəbulu və akademik heyətin potensialının gücləndirilməsi istiqamətində planları müzakirə ediblər.   

Həmçinin Rəhbər Komitə üzvləri Azərbaycanın ABŞ-dəki səfirliyində səfir Xəzər İbrahimlə görüşüblər. Görüşdə universitetlərarası əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat layihələri, innovasiya və bilik mübadiləsini inkişaf etdirəcək mümkün istiqamətlər və mexanizmlər müzakirə olunub.   

Rəhbər Komitə üzvləri eyni zamanda "GWU"da təhsil alan ADA tələbələri ilə də görüşərək onların təəssüratlarını, əldə etdikləri bilik və bacarıqları, həmçinin ABŞ-dəki akademik və sosial təcrübələrini dinləyiblər.   

Səfər nümayəndə heyətinin "GWU"da keçirilən Məzun günündə iştirakı ilə yekunlaşıb. 

Elektrik və Elektroenergetika mühəndisliyi üzrə ikili diplom proqramının tələbələrinin də məzun olduğu mərasimdə dekan Abzatdin Adamov "GWU"nun müəllim heyəti ilə birlikdə səhnədə yer alaraq tələbələri təbrik edib.   

Xatırladaq ki, ADA Universiteti 2020-ci ildən etibarən Corc Vaşinqton Universiteti ilə əməkdaşlıq çərçivəsində Kompüter Elmləri və Data Analitikası, eləcə də Elektrik və Elektroenergetika mühəndisliyi üzrə ikili diplom magistr proqramları təqdim edir. 

“Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə 2019–2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilən bu proqramlara qəbul edilən 100-dən çox tələbədən 83-ü artıq təhsil müddətini tamamlayaraq məzun olublar.

Bu proqramlar vasitəsilə formalaşan uğurlu təcrübəyə əsaslanaraq ADA Universiteti müəllim heyətinin inkişafı üçün"GWU" ilə əməkdaşlıq çərçivəsində ilk doktorantura proqramına da start verib.

Sözügedən proqram üzrə tələbə qəbulu 2025-ci ildən həyata keçiriləcək.

FOTOLAR

ADA Universitetinin nümayəndə heyəti ABŞ-yə səfər etdilər — 1
ADA Universitetinin nümayəndə heyəti ABŞ-yə səfər etdilər — 2
ADA Universitetinin nümayəndə heyəti ABŞ-yə səfər etdilər — 3
ADA Universitetinin nümayəndə heyəti ABŞ-yə səfər etdilər — 4
XƏBƏR LENTİ
15 IYUN 2026
Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Bütün Xəbərlər