Zelenski: "ABŞ-yə təqdim etdiyimiz sülh planı son versiya deyil"

Zelenski: "ABŞ-yə təqdim etdiyimiz sülh planı son versiya deyil"
11.12.2025 23:30 Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, dekabrın 10-da ABŞ-yə təqdim edilən sülh planı hələ tamamlama mərhələsindədir və yekun variant hesab edilmir.
TodayPress TV xəbər verir ki, O, bu barədə jurnalistlərlə görüşü zamanı danışıb.
Onun sözlərinə görə, sülh təşəbbüsü bir neçə sənəddən ibarətdir və həmin sənədlərin bir çoxunun üzərində hələ iş aparılacaq. Prezident qeyd edib ki, bu sənədlərin məzmunu 20 maddəlik əsas planın hansı formada qəbul ediləcəyindən asılıdır.
Dövlət başçısı təhlükəsizlik təminatlarının hazırlanmasının davam etdiyini vurğulayıb.
O deyib ki, təminatlar real olmalı və Ukraynanın üçüncü dəfə Rusiya hücumuna məruz qalmaması üçün effektiv mexanizm yaratmalıdır.

Zelenski bildirib ki, ABŞ sülh planının qəbulu üçün konkret müddət müəyyən etməyib, lakin Vaşinqton müharibənin mümkün qədər tez bitməsində maraqlıdır.
Prezident qeyd edib ki, Rusiyanın hazırda ciddi iqtisadi problemləri var və ölkə danışıqlarda fasiləyə ehtiyac duyur.
O əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın təzyiqi Moskvanın maraqlarına uyğun deyil.

Zelenski onu da açıqlayıb ki, sülh razılaşmasının hazırkı layihəsində Ukrayna Silahlı Qüvvələrinin sayının 800 min hərbçi olması nəzərdə tutulur.
Prezident həmçinin bildirib ki, Rusiya əsir mübadiləsini ləngidir və bunu ümumi siyasi razılaşmalar əldə etmək istəyi ilə əlaqələndirib.
NEWS FEED
31 JULY 2026
İtaliya İspaniya ilə sərhədləri yenidən bağladı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 All News