Zelenski ABŞ-ni Ukrayna və İran üzrə danışıqları paralel aparmağa çağırdı

Zelenski ABŞ-ni Ukrayna və İran üzrə danışıqları paralel aparmağa çağırdı
22.04.2026 22:40 Dünya

“ABŞ həm Ukraynadakı, həm də İrandakı münaqişələrin nizamlanması üzrə danışıqları paralel aparmağın yolunu tapmalıdır.

TodayPress TV xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski “CNN”ə verdiyi açıqlamada bildirib.

Ukrayna Prezidenti qeyd edib ki, hazırda ABŞ ilə danışıqlar məsləhətləşmələr və telefon zəngləri səviyyəsində davam edir, lakin o, Kiyevin amerikalılarla görüş təşkil edə biləcəyinə ümid etdiyini bildirib.

Bununla yanaşı, Zelenski "bu gün və ya sabah" görüşmək imkanını görmədiyini vurğulayıb, çünki ABŞ hazırda İranla danışıqlar aparır. Onun fikrincə, əvvəlcə Yaxın Şərqdəki vəziyyəti nizamlayıb, sonra Ukrayna üzrə danışıqlara başlamaq lazım olduğunu düşünmək çox risklidir.

"Ukraynanı bir az sonra müzakirə edəcəyimizi söyləmək variant deyil. Ukrayna “bir az sonra” deyil. Ukrayna onsuz da böyük bir faciə yaşayır, biz bununla paralel şəkildə məşğul olmağın yolunu tapmalıyıq", – deyə lider qeyd edib.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 Azərbaycanın daha 3 boksçusu Dünya Kubokunda mərhələ adladı 22:19 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Kürdəmirdə iki maşın aşdı, xəsarət alanlar var 20:10 "Zirə" klubunun Konfrans Liqasındakı rəqibi bəlli oldu 20:10 Oman və İran Hörmüz boğazında azad gəmiçiliyə sadiqliklərini təsdiqlədilər 19:06 All News