Yunanıstan Rusiyaya qarşı sanksiyalar paketini sındırdı

Yunanıstan Rusiyaya qarşı sanksiyalar paketini sındırdı
16.07.2026 12:39 Dünya

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı hazırladığı 21-ci sanksiya paketinin qəbulu Yunanıstanın etirazı səbəbindən təxirə düşüb.

TodayPress TV xəbər verir ki, Afina Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) üçüncü ölkələrə daşınmasına qoyulması nəzərdə tutulan qadağanın Yunanıstanın "Dynagas" gəmiçilik şirkətinə ciddi zərər vuracağını bildirir.

Qeyd edək ki, Şirkət Arktikada hasil olunan Rusiya LNG-sinin daşınması üçün nəzərdə tutulmuş buzqıran LNG tankerlərinin istismarında ixtisaslaşıb.

Yunanıstan hökuməti hesab edir ki, bu cür yüksək ixtisaslaşmış gəmilər başqa marşrut və ya yük növü üçün qısa müddətdə istifadə oluna bilməz və qadağa şirkətə böyük iqtisadi itkilər yaradacaq.

Bununla yanaşı, Aİ-nin digər üzv dövlətləri Rusiyaya təzyiqin artırılması üçün bütün ölkələrin müəyyən iqtisadi itkilərə dözməli olduğunu müdafiə edir və istisnaların sanksiyaların effektivliyini zəiflədə biləcəyini bildirirlər.

Yaranmış fikir ayrılığı nəticəsində Rusiyaya qarşı hazırlanmış 21-ci sanksiya paketinin qəbulu  gecikir. Paketdə Rusiya banklarına, hərbi sənaye ilə əlaqəli şirkətlərə qarşı yeni məhdudiyyətlər, həmçinin Rusiya neftinə tətbiq olunan qiymət tavanının sərtləşdirilməsi kimi tədbirlər də yer alır.

Jalə Rövşən 

NEWS FEED
23 JULY 2026
“Dedilər sən mənim qohumumsan…” – 24 il əvvəl Heydər Əliyevin baş redaktorlarla maraqlı söhbəti - VİDEO 21:50 İsrailə müharibəyə qoşulmaq üçün cəmi “2 dəqiqə” lazım imiş 21:43 ABŞ Səudiyyə Ərəbistanına elə bir şərt qoydu ki… 21:37 Zelenski Putinin gizli planlarından danışdı - Müharibənin gedişatında nə baş verəcək? 21:22 DÇ-2026-nın ən yaxşı oyunçusu o seçildi 20:43 Ərzaq qiymətləri bahalaşacaq - SƏBƏB 20:47 Cəbrayılda yer şumlayan şəxs minaya düşdü - TƏCİLİ 20:55 Xankəndidə kafedə yanğın baş verdi - Xəsarət alanlar var 20:38 Rusiyanın PUA istehsalçıları Aİ-nin “qara siyahı”sına düşdü 20:34 TƏCİLİ - ABŞ İranda yeni hədəfi vurdu 20:24 SON DƏQİQƏ: Tramp İrana qarşı ən böyük hücum siqnalını verdi 20:07 “Netanyahu ABŞ-yə gələrsə…” - Tramp 19:45 Fedorov “müdafiə naziri”ndən başqa heç nəyi qəbul etmədi 19:40 Qatarlara daş atanlar kimlərdir? ADY-dən sərt xəbərdarlıq 19:14 Ermənilərdən təxribat - AFFA dərhal UEFA-ya şikayət etdi 19:23 Putinin köməkçisi Bakıya gəldi - Nələr müzakirə edildi? 19:16 Zelenski Fedorova yeni vəzifə təklif etdi 19:05 Azərbaycandakı universitetlərin birinə magistr qəbulu ləğv edildi 18:51 Gəmilər Ukrayna limanlarından uzaqlaşır - SON VƏZİYYƏT AÇIQLANDI 18:39 Sırskı “Artıq olar…” dedi 18:26 İran yeni hədəfi açıqladı: ABŞ-nin bu ölkədəki bazası vurula bilər 18:13 Neftin qiymətində REKORD artım oldu 18:06 Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq 17:30 "Arsenal" Xristos Tzolisi heyətinə qatdı 17:42 Tramp Əli əl-Zaidini Müctəba Xameneiyə elçi göndərdi -İDDİA 17:23 All News