Yəməndə hökumət yenilənir: Yeni baş nazir təyin edildi

Yəməndə hökumət yenilənir: Yeni baş nazir təyin edildi
16.01.2026 11:05 Dünya

Yəmən Prezident Rəhbərlik Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi respublikanın xarici işlər naziri Şaya Möhsin əz-Zindanini yeni baş nazir təyin edib. 

TodayPress TV xəbər verir ki, bu barədə Yəmənin "SABA" xəbər agentliyi məlumat yayıb.

“Şaya Möhsin əz-Zindani Nazirlər Şurasının sədri təyin edilsin və ona yeni hökuməti formalaşdırmaq tapşırılsın”, - deyə fərmanda qeyd olunub.

Sənədə əsasən, hazırkı nazirlər kabineti yeni hökumət formalaşana qədər öz vəzifələrini icra etməyə davam edəcək.

Qeyd edək ki, yanvarın 15-də Yəmən Prezident Rəhbərlik Şurasının rəhbəri Salem Saleh bin Breykin təqdim etdiyi istefa ərizəsini qəbul edib. 

Bəyanatda qeyd olunub ki, bu qərar “ölkədəki son dəyişikliklərə uyğun olaraq yeni hökumətin formalaşdırılmasına yol açmaq” məqsədilə verilib.

Xatırladaq ki, Yəməndə hökumət dəyişikliyindən əvvəl respublikanın cənub və şərq bölgələrində gərginlik artıb. 

Yanvarın 11-də Yəmən hakimiyyəti hökumət qüvvələrinin müvəqqəti paytaxt Ədən də daxil olmaqla, cənub və şərq vilayətlərində nəzarəti bərpa etdiyini açıqlayıb.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 All News